QDİƏT Parlament Məclisi İstanbulda toplanır
31 mart 2019 00:48 (UTC +04:00)

QDİƏT Parlament Məclisi İstanbulda toplanır

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qurumun daimi komitəsinin toplantısında iştirak etmək üçün aprelin 1-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək. Bu barədə AZƏRTAC-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
 
QDİƏT Parlament Məclisinin daimi komitəsi və Baltik Assambleyasının birgə görüşündə “Okeanlarımızın və dəniz həyatının qorunması” mövzusunda müzakirələr aparılacaq. Görüşdə üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri iştirak edəcəklər.
 
Sonra Eldar Quliyev Almaniyanın paytaxtı Berlinə yola düşəcək. Burada o, müəllifi olduğu “Qlobal qida təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabına görə “İlin alimi” medalı ilə təltif olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 841
avatar

Oxşar yazılar