Prezident İlham Əliyev bolqar və makedoniyalı həmkarlarıyla görüşüb
28 aprel 2015 16:28 (UTC +04:00)

Prezident İlham Əliyev bolqar və makedoniyalı həmkarlarıyla görüşüb

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstanın prezidenti Rosen Plevneliyev ilə görüşüb. Lent.az-ın president.az-a istinadən məlumatına görə, görüşdə dövlət başçısı Bolqarıstan prezidenti Rosen Plevneliyevin III Qlobal Bakı Forumunda iştirakının önəmini vurğulayıb.


Ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin qurulduğunu qeyd edən prezident Bolqarıstana səfərini və səfər zamanı strateji tərəfdaşlıq haqqında imzalanan sənədi məmnunluqla xatırlayıb.
 

Rosen Plevneliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumuna böyük maraq göstərdiyini, Bolqarıstan ilə Azərbaycan arasında mövcud ikitərəfli əlaqələrin, əldə olunan razılaşma və anlaşmaların regional əməkdaşlığın genişləndirilməsi baxımından da rolunu xüsusi qeyd edib.
 

 

Həmçinin, prezident İlham Əliyev III Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Makedoniyanın prezidenti George İvanov ilə də görüşüb.
 

Dövlət başçısı George İvanov ilə əvvəlki görüşlərini məmnunluqla xatırlayıb.
 

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini deyən prezident əməkdaşlığımızın iqtisadi sahədə də genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.
 

G. İvanov Azərbaycanın son illər əldə etdiyi böyük uğurlar münasibətilə dövlətimizin başçısını təbrik edib və ölkəmizin inkişafı ilə bağlı xoş arzularını söyləyib. George İvanov birinci Avropa Oyunlarının Bakıda keçirilməsini böyük tarixi hadisə kimi dəyərləndirib.
 

Hər iki görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, əməkdaşlığımızın enerji, sərmayə qoyuluşu, birgə layihələrin icrası, təhsil və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262
avatar

Oxşar yazılar