ABŞ prezidenti Barak Obama 21-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının iştirakçılarına təbrik məktubu göndərib. Lent.az-ın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab prezident,
Bakıda 21-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransının açılışı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi salamlarımı çatdırıram.
Azərbaycan qlobal enerji təchizatına töhfə verilməsində önəmli rol oynayır və gələcək illərdə Avropanın əsas qaz təchizatçısına çevriləcək. “Cənub” qaz dəhlizinin reallaşdırılması Azərbaycanla beynəlxalq tərəfdaşlar arasında gərgin iş və sıx əməkdaşlıq tələb edəcək. Amerika Birləşmiş Ştatları sözügedən layihənin həyata keçirilməsini Avropanın qaz təchizatının genişləndirilməsi istiqamətində irəliyə doğru atılmış mühüm addım hesab edir və bu işə kömək etməyə hazırdır. Ölkənizin enerji təchizatçısı kimi rolu iqtisadiyyatın şaxələndirilməsinə və qanunun aliliyinin gücləndirilməsinə imkan verəcək və Azərbaycan xalqının rifahını yaxşılaşdıracaq. Birləşmiş Ştatlar həmin məqsədlər istiqamətində davamlı əməkdaşlığımıza yüksək dəyər verir”.

Obama Azərbaycan prezidentinə məktub yollayıb – MƏTN - YENİLƏNİB
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29