Mitinq olmayacaq - <span style="color:red;">SƏBƏB
26 sentyabr 2019 18:28 (UTC +04:00)

Mitinq olmayacaq - SƏBƏB

Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinq keçirilməyəcək.
 
Bu barədə APA-ya AXCP üzvü Seymur Həzi məlumat verib.
 
O bildirib ki, yaxın günlərdə növbəti aksiyalarla bağlı qərarlarını elan edəcəklər: "Biz Bakı Şəhər İcra Hakimiyyətinin qərarını mitinqə razılıq verməməsi kimi qiymətləndiririk. Növbəti aksiyalarla bağlı qərarımızı elan edəcəyik. 28 sentyabr mitinqi keçirilməyəcək".
 
Qeyd edək ki, Milli Şura sentyabrın 28-ə mitinq keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.  BŞİH-də müraciətə baxılıb və mitinqin Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2393

Oxşar yazılar