Milli Məclisin yeni komitə sədrləri - <span style="color:red;">SİYAHI
24 noyabr 2015 14:56 (UTC +04:00)

Milli Məclisin yeni komitə sədrləri - SİYAHI

Bu gün Milli Məclisdə komitə sədrləri seçilib.

 

APA-nın məlumatına görə, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, Beynəlxalq münasibətlər, parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət ƏsgərovƏmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri isə Ziyad Səmədzadə seçiliblər.

 

Yeni yaradılan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Gənclər və idman komitəsinin sədri isə Fuad Muradov seçiliblər.

 

Bununla da, yeni çağırış MM-in ilk iclası başa çatıb.

 

Qeyd edək ki, ötən çağırış Milli Məclisdə Elm və təhsil komitəsinin sədriŞəmsəddin Hacıyev, Mədəniyyət komitəsinin sədri isə Nizami Cəfərovolub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 371
avatar

Oxşar yazılar