Mehriban Əliyeva Elçibəy ailəsinə başsağlığı verdi
15 iyun 2019 13:00 (UTC +04:00)

Mehriban Əliyeva Elçibəy ailəsinə başsağlığı verdi

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.
 
APA-nın məlumatına görə, yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə göturub.
 
Xatırladaq ki, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi. 
Mərhumun cənazəsi öz vəsiyyətinə uyğun olaraq, doğulduğu Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndinə aparılaraq dəfn edilib.
 
Qeyd edək ki, bu gün, həmçinin, H.Əliyevanın dəfnində iştirak etmək istəyən yaxınlarının və cənazəsinin Naxçıvan MR-ə aparılması üçün AZAL vasitəsilə xüsusi reys də həyata keçirilib.  
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1928
avatar

Oxşar yazılar