Ermənilərdən Türkiyəyə qarşı YENİ İDDİALAR
22 yanvar 2015 18:09 (UTC +04:00)

Ermənilərdən Türkiyəyə qarşı YENİ İDDİALAR

Onlar Çankaya Köşkü, İncirlik hərbi bazası, İstanbul Atatürk Aeroportunun və Diyarbəkr Hava Limanının ərazisinin bir qismi ilə bağlı məhkəmələrə müraciət ediblər

 

Ermənilər 1915-ci ildə baş verən hadisələrlə bağlı Türkiyəyə qarşı yeni iddialar qaldırmağa hazırlaşır.

 

APA-nın «HaberTürk»ə istinadən verdiyi məlumata görə, erməni diasporu 1915-ci il hadisələrinin yüzüncü ildönümü ilə əlaqədar olaraq Türkiyədə qalmış mülkləri ilə bağlı məhkəmələrə müraciət edib.

 

Ermənilərin iddia etdikləri mülklər arasında Çankaya Köşkü, İncirlik hərbi bazası, İstanbul Atatürk Aeroportunun və Diyarbəkr Hava Limanının ərazisinin bir qismi yer alır.

 

ABŞ-da yaşayan erməni əsilli jurnalist Harut Sasunyan «California Courier» qəzetində nəşr olunmuş yazısında Ermənistan hökuməti və bəzi diaspor təşkilatlarının rəsmi Ankaranı beynəlxalq məhkəmələrə vermək niyyətində olduqlarını bildirib. O, erməni katolikosu I Aramın Adanada müsadirə olunmuş kilsə mülkləri üçün məhkəməyə müraciət etməyi planlaşdırdığını, Türkiyənin bu iddianı təmin etməzsə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacağını bildirib.

 

ABŞ-da yaşayan erməni əsilli Zuart Sudciyan isə ailəsindən alınmış torpaqlarda Diyarbəkr Hava Limanının inşa olunduğunu yazıb: «Avropa İnsan Haqları Məhkəməsi müsbət qərar çıxarsa, Türkiyədə malları müsadirə olunmuş bütün ermənilər üçün qapıları açmış olacaq».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252

Oxşar yazılar