Elmar Məmmədyarovdan girovlarla bağlı beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
29 aprel 2015 17:56 (UTC +04:00)

Elmar Məmmədyarovdan girovlarla bağlı beynəlxalq təşkilatlara ÇAĞIRIŞ

 

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Helbert Salberi qəbul edib.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətindəki danışıqlar haqqında müzakirələr ararılıb və mövcud status-kvonun qəbuledilməz və davamsız olduğu vurğulanıb. Xarici işlər naziri EMəmmədyarov Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsinə toxunaraq, beynəlxalq birlik və Avropa İttifaqı tərəfindən humanitar xarakter daşıyan bu məsələnin Ermənistan qarşısında qaldırılmasının vacibliyini vurğulayıb. O, girovların səhhəti ilə əlaqədar Azərbaycan tərəfinin narahatlığını ifadə edib. Helbert Salber azərbaycanlı girovların azad edilməsi məsələsini yenidən Ermənistan tərəfinin qarşısında qaldırılacağını bildirib.

 

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000-dən artıq şəxsin itkin düşdüyünü deyən Elmar Məmmədyarov ATƏT-in Minsk qrurunun həmsədrləri tərəfindən dəstəkləndiyi kimi Ermənistan tərəfindən humanitar prinsiplərdən çıxış edərək onların taleyi barəsində məlumat verilməli olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, DNK analizlər vasitəsilə itkin düşmüş şəxslərin kimliyi müəyyən edilə və nəticə etibarilə, ailələrinə və yaxınlarına onların taleyi barəsində məlumat verilə bilərdi.

 

Elmar Məmmədyarov Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun münaqişənin həllinə xidmət edə biləcək vacib etimad quruculuğu tədbiri olduğunu vurğulayıb. Helbert Salber birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib və bu oyunların sülhə, sabitliyə, çiçəklənmə və inkişafa xidmət etdiyini bildirib. Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirə aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141
avatar

Oxşar yazılar