Deputatlarının əmək haqqı üçün büdcədən ayrılan vəsaitin məbləği açıqlandı
22 oktyabr 2019 17:21 (UTC +04:00)

Deputatlarının əmək haqqı üçün büdcədən ayrılan vəsaitin məbləği açıqlandı

Gələn il üçün dövlət büdcəsindən Milli Məclis deputatlarının əmək haqqı və parlamentin ezamiyyə xərclərinə ayrılan vəsaitin məbləği məlum olub.
 
APA-nın xəbərinə görə, bu barədə “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində bildirilib.
 
Sənəddə qeyd edilib ki, Milli Məclis deputatlarının əmək haqqı – 5 milyon 376 min 720 manat, deputat köməkçilərinin əmək haqqı – 2 milyon 250 min  manat, ezamiyyə xərclərinə isə 1 milyon, 830 min manat vəsait ayrılacaq.
 
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin və onun Aparatının 2020-ci il üçün xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində müəyyənləşib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 831
avatar

Oxşar yazılar