
Deputatdan Azərbaycan polisinə TƏŞƏKKÜR
“Dünən ölkədə AvroLiqanın final oyunu keçirildi. Bu çox böyük tədbir idi. Tədbir yüksək səviyyədə təşkil edilmişdi”.
Lent.az xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında deputat Çingiz Qənizadə deyib.
Deputat AvroLiqanın final oyununu yüksək qiymətləndirib. Çingiz Qənizadə, eyni zamanda mayın 29-da Bakıda keçirilən Avropa Liqasının final oyunu kimi möhtəşəm tədbirdə asayişin və təhlükəsizliyin qorunmasında əziyyət çəkmiş və profesionallığını sübut etmiş Azərbaycanın bütün polis əməkdaşlarına təşəkkür edib.
“Dünənki futbol oyunu zamanı hüquq-mühafizə orqanlarında xidmət edənlər bir daha professional və ölkədə asayişi qorumağa hazır olduqlarını göstərdilər”, - deyə deputat bildirib.
Milli Məclisin spikeri Oqtay Əsədov da Çingiz Qənizadənin çox mühüm məsələyə toxunduğunu qeyd edərək, Azərbaycan polisinə təşəkkürünü bildirib.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29