Daxili işlər naziri: “Ciddi nəzarətdə saxlayırıq..."
06 iyun 2015 17:48 (UTC +04:00)

Daxili işlər naziri: “Ciddi nəzarətdə saxlayırıq..."

“Bir həftə sonra keçiriləcək ilk Avropa Oyunları ilə bağlı Daxili İşlər Nazirliyinin 25 mindən çox əməkdaşı və hərbi qulluqçu ictimai qaydanın nümunəvi qorunması və ictimai təhlükəsizliyin etibarlı təmini işinə cəlb edilib”. APA-nın məlumatına görə, bunu bu gün Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib.

 

Daxili işlər naziri ilk Avropa Oyunlarının yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün digər hüquq-mühafizə və təhlükəsizlik orqanları ilə birlikdə bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb, hər bir əməkdaşdan üzərinə düşən məsuliyyəti dərindən dərk edərək əsl vətəndaş mövqeyi və fədakarlıq göstərilməsini tələb edib. R. Usubov bu idman yarışlarının  ölkəmizin son illər artan beynəlxalq nüfuzunun və iqtisadi gücünün, prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən geniş quruculuq, abadlıq işlərinə, köklü demokratik, hüquqi islahatlara verilən yüksək qiymətin daha bir əyani təzahürü olduğunu vurğulayıb. Daxili işlər naziri bu məqsədlə dövlət başçısının müvafiq sərəncamı ilə Təşkilat Komitəsinin yaradıldığını, Azərbaycan prezidentinin və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə planlaşdırılan tədbirlərin çox böyük sürətlə, ardıcıllıqla yerinə yetirildiyini və ciddi nəzarətdə saxlanıldığını qeyd edib, bu oyunların Azərbaycanın dünyada daha yaxından tanıdılması, ölkəmiz barədə həqiqətlərin beynəlxalq aləmdə daha çox yayılması, öyrənilməsi və ölkəmizin milli maraqları baxımından unikal bir imkan olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 113
avatar

Oxşar yazılar