
Cenevrədə Azərbaycanın donor ölkəsi olmasına dair konfrans keçirilib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə mayın 7-də BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA), Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və XİN-in Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən Cenevrədəki BMT bölməsində təşkil olunan Azərbaycanın yardım alan ölkədən donor ölkəsinə transformasiyasına həsr edilmiş konfrans keçirilib.
XİN-dən ONA-ya verilən məlumata görə, BMT-nin baş katibi Antonio Quterreşin yazılı müraciəti ilə başlayan Humanitar donor inkişafı və əməkdaşlıqların əhəmiyyəti mövzulu konfransda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və BMT Baş katibinin Yaxın Şərq və Mərkəzi Asiya regionları ilə humanitar əməkdaşlıq üzrə müavini Rəşid Xalikov açılış nitqləri ilə çıxış ediblər.
Konfransda çıxış edən AİDA-nın direktor müavini Aliyə Ağazadə yeni donor ölkəsi olan Azərbaycanın donor fəaliyyətinin həyata keçirilməsi məqsədilə 2011-ci ildə yaradılmış AİDA Agentliyinin fəaliyyəti haqqında məlumat verib.
Həmçinin tədbir zamanı Azərbaycan Hökuməti tərəfindən 2005-2018-ci illərdə göstərilmiş yardımlara dair AİDA tərəfindən nəşr olunan broşürün rəsmi təqdimatı keçirilib. Eyni zamanda, ölkəmizin yardım alan ölkədən donor ölkəsinə çevrilməsi haqqında video da nümayiş olunub.
Tədbirdən sonra Azərbaycanın donorluq fəaliyyəti və AİDA-nın layihələrinə həsr olunan geniş sərgi keçirilib.
Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07