Arsen Məlik-Şahnazarovdan acı <span style="color:red;">ETİRAFLAR
06 aprel 2016 15:01 (UTC +04:00)

Arsen Məlik-Şahnazarovdan acı ETİRAFLAR

 

 

Qondarma Dağlıq Qarabağ rejiminin Rusiyadakı daimi nümayəndəliyinin məsləhətçisi Arsen Məlik-Şahnazarov döyüşlərdə Ermənistan tərəfinin 50 canlı qüvvəsinin məhv edildiyini etiraf edib. Lent.az "RİA Novosti"yə istinadən bildirir ki, bunu Arsen Məlik-Şahnəzərov Moskvada keçirdiyi press konfransda deyib:

 

"Döyüşlərdə texnika cəhətdən də böyük itkilər oldu. 14 tank itirmişik. Dörd gün ərzində 50 nəfər həyatını itirib, həmçinin 20-30 nəfərdən xəbər yoxdur".

 

Bundan başqa o, etiraf edib ki, Azərbaycan tərəfi bəzi mövqeləri geri alıb, cənub istiqamətində 3 yüksəklik onların nəzarətində qalıb. Onun sözlərinə görə, İranla sərhəddə 300-400 kvadrat kilometr ərazini əhatə edən bu 3 yüksəklik  kifayət qədər vacib yüksəklikdir: “Şübhəsiz onlar geri qaytarılacaqdı, əgər dünən atəşkəs qəbul edilməsəydi”.

 

Şaxnazarov, həmçinin Ermənistan tərəfindən 100-dən çox yaralı olduğunu açıqlayıb.

Qeyd edək ki, aprelin 2-dən 5-dək Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyət gərginləşmişdi. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 281
avatar

Oxşar yazılar