Avropa İttifaqı Şurası Prezidentinin Azərbaycana səfəri başa çatıb
09 iyul 2019 21:38 (UTC +04:00)

Avropa İttifaqı Şurası Prezidentinin Azərbaycana səfəri başa çatıb

 

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycan Respublikasına səfəri iyulun 9-da başa çatıb.

Lent.az xəbər verir ki, Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusku Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 649
avatar

Oxşar yazılar