ATƏT PA-nın növbəti illik sessiyasının vaxtı məlum oldu
11 sentyabr 2019 19:07 (UTC +04:00)

ATƏT PA-nın növbəti illik sessiyasının vaxtı məlum oldu

ATƏT Parlament Assambleyasının növbəti il keçiriləcək illik sessiyasının vaxtı və yeri məlum olub.
 
APA-nın ATƏT PA-nın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qurumun 29-cu illik sessiyası Kanadanın Vankuver şəhərində keçiriləcək. Növbəti il keçiriləcək illik sessiya iyulun 3-dən 7-dək davam edəcək.
 
Qeyd edək ki, Kanada artıq ikinci dəfədir ATƏT PA-nın illik sessiyasına ev sahibliyi edəcək. Belə ki, 1995-ci ildə təşkilatın 4-cü illik sessiyası Ottava şəhərində keçirilib. 2008-ci ilin sentyabr ayında qurumun payız iclası Kanadanın Toronto şəhərində baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880
avatar

Oxşar yazılar