Almaniyalı müşahidəçi: “Ümid edirəm ki, sona qədər bu cür ədalətli və şəffaf olacaq”
09 oktyabr 2013 10:04 (UTC +04:00)

Almaniyalı müşahidəçi: “Ümid edirəm ki, sona qədər bu cür ədalətli və şəffaf olacaq”

Azərbaycanda keçirilən prezident seçkilərində səsvermə prosesi başlayıb. Lent.az-ın əməkdaşı 29 saylı Səbail seçki dairəsinin 13 saylı məntəqəsində səs vermə prosesini izləyib. Saat 8:00-da məntəqə sədri Rafiq Abışov səsvermənin başlandığını elan edib. Həmin seçki məntəqəsində səsvermə prosesini 30-a yaxın yerli müşahidəçi izləyir. Məntəqədə veb-kamera quraşdırılıb.

 

Əməkdaşımız daha sonra 29 saylı Səbail seçki dairəsinin 15 saylı seçki məntəqəsində olub. Məntəqə sədri Naibə Salmanova bildirib ki, seçicilər üçün seçki məntəqəsində hər cür şərait yaradılıb.

 

Almaniyadan gəlmiş beynəlxalq müşahidəçi, professor Hakkı Keskin də müxbirimizlə söhbətində bildirib ki, 15 saylı seçki məntəqəsində səsvermə prosesi normal gedir: “Bu məntəqədə diqqətimi çəkən məqamlardan biri də qapıda “exit-poll”un olması idi. Ümid edirik ki, müşahidə etdiyim seçki məntəqəsində hər şey sona qədər bu cür ədalətli və şəffaf keçəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574
avatar

Yalçın UĞUR

Oxşar yazılar