ABŞ səfirliyi Azərbaycanı təbrik etdi
ABŞ-ın Azərbaycandakı səfirliyi Şəki şəhərinin tarixi hissəsinin və Şəki Xan Sarayının UNESCO-nun Dünya İrs Siyahısına daxil olunması münasibətilə Azərbaycanı təbrik edib.
APA-nın xəbərinə görə, bu barədə səfirliyin “Facebook”dakı rəsmi səhifəsində bildirilib.
Qeyd olunub ki, Amerika Birləşmiş Ştatlarının Frank Lloyd Raytın 20-ci əsrə aid olan memarlıq abidələr də UNESCO-nun Dünya İrs Siyahısına daxil olunub.
Xatırladaq ki, dünən Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına salınıb. Bu barədə qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında verilib.
863