"Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən Azərbaycana etdiyi səfər təsadüfi deyil. Rəcəb Tayyib Ərdoğanprezident seçildikdən sonra ilk rəsmi səfərini hər zaman olduğu kimi, Azərbaycana etdi. Bu, ənənələrə uyğun səfərdir".
APA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) "Milli Meşə Proqramının yenilənməsi və Azərbaycanda meşə institutlarının yenidən qurulması" mövzusunda keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev də növbəti dəfə prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edib: "Prezidentlərin səfərləri Türkiyə və Azərbaycan arasında çox mühüm ənənə halını alıb".
Birlikdə olacaqları təqdirdə Türkiyə və Azərbaycanın daha da güclü olacağını vurğulayan E. Özoral qeyd edib ki, ölkəsi meşəçilik sahəsində də Azərbaycana dəstək verməyə hazırdır.

"Türkiyə və Azərbaycan birlikdə daha güclüdür" - Səfir
Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45