Mariya Zaxarova: "Bu, səfirin birbaşa səlahiyyətinə daxil olan məsələdir"
04 iyul 2019 18:28 (UTC +04:00)

Mariya Zaxarova: "Bu, səfirin birbaşa səlahiyyətinə daxil olan məsələdir"

 
Rusiya diplomatlarının məlum görüşdə "Ermənistan-Artsax strateji ittifaqı"nın nümayəndələrinin iştirakından əvvəlcədən xəbəri olmayıb.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinin "Ermənistan-Artsax strateji ittifaqı"nın nümayəndələri ilə görüşünə münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, həmin görüş Ermənistanın "Daşnaksütun" partiyasının rəhbərliyi ilə olub: "Bu səfirin ölkənin ictimai-siyasi qüvvələri ilə görüşləri çərçivəsində baş tutan sıradan görüşlərindən biridir. Bir daha qeyd edirəm ki, bu, səfirin birbaşa səlahiyyətinə daxil olan məsələdir. Təsdiqləyə bilərəm ki, bu görüş Ermənistan tərəfinin təşəbbüsü ilə olub. Görüşdə geniş spektorlu məsələlərə toxunulub. Dağlıq Qarabağ münaqişəsi mövzusu da müzakirə olunub. Baxmayaraq ki, bu məsələ əsas müzakirə mövzusu olmayıb".
 
M. Zaxarova qeyd edib ki, rusiyalı diplomatlar həmin görüşə siyasi partiya rəhbərliyi ilə "Ermənistan-Artsax strateji ittifaqı"nın nümayəndələrinin gələcəyi barədə məlumatlandırılmayıb: "Biz qonaqpərvər və nəzakətli insanlarıq. Ona görə də, bu təmas, bu görüş mətbuatda yazıldığı kimi siyasi tərkibə malik deyil. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməyib və dəyişə bilməz. Bu mövqe Moskvada dövlət rəhbərliyi tərəfindən səsləndirilib, habelə səfirlər və diplomatlarımız tərəfindən təsdiqlənib. Bildiyiniz kimi, bu mövqe hər zaman ölçülü və balanslaşdırılmış xarakterizə olunub”.
 
Rusiya XİN sözçüsü vurğulayıb ki, bu mövzu Azərbaycanın media məkanında da suallar oyadıb: “Biz Azərbaycandan olan tərəfdaşlarımızı da bu əsasda məlumatlandırmışıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656
avatar

Oxşar yazılar