NATO rəsmisi: “Avropada nüvə silahı yerləşdirməyəcəyik”
23 iyun 2015 18:34 (UTC +04:00)

NATO rəsmisi: “Avropada nüvə silahı yerləşdirməyəcəyik”

 

 

“ABŞ Avropada strateji nüvə silahı yerləşdirməyəcək”.

 

APA-nın məlumatına görə, bunu ABŞ-ın NATO-dakı nümayəndəsi Duqlas Lut bəyan edib.

 

“Biz nüvə silahını vaxtilə çıxardığımız yerə yenidən qaytarmayacağıq. Bu, yaxın və orta məsafəli raketlərin ləğvi haqqında müqavilənin əsas prinsiplərini pozur”, - deyə o qeyd edib.

 

D. Lut həmçinin əlavə edib ki, Moskvanın ritorikası müvafiq sənədin Rusiya tərəfindən pozulması haqqında düşünməyə əsas verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183

Oxşar yazılar