
Prezident: "Azərbaycan jurnalistikası cəmiyyətdə çox müsbət rol oynayır"
Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz azadlığı təmin olunur.
Lent.az azərtac-a istinadən xəbər verir ki, bu fikri iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimindəki nitqində deyib.
Azərbaycanda minlərlə mətbuat orqanının fəaliyyət göstərdiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər edir, cəmiyyətin inkişafında mühüm rol oynayır.
Azərbaycanda mətbuatın inkişafının diqqət mərkəzində saxlanıldığını, media nümayəndələri ilə mütəmadi görüşlərini xatırladan Prezident İlham Əliyev qeyd edib ki, jurnalistlər üçün binaların tikintisi bu siyasətin təzahürüdür.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29