![[b]Əli Əhmədov: “Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər”[/b]](https://lent.az/storage/news/2019/may/24/big/41806615e72a64ce91bc19ff32fc725f.jpg)
[b]Əli Əhmədov: “Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər”[/b]
“Respublika günü ərəfəsində Cümhuriyyəti quranlar hamılıqla minnətdarlıq hissi ilə yad edilir, xalqımız azərbaycançılıq ideyaları ətrafında daha sıx birləşir, dövlətçiliyə sədaqətini ifadə edir”.
ONA xəbəri verir ki, bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov özünün “facebook” səhifəsində yazıb.
Ə. Əhmədov bildirib ki, 101 il əvvəl qurulmuş, az yaşasa da ənənələri onun layiqli varisi olan Azərbaycan Respublikası tərəfindən yaşadılan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsi kimi əbədi yaşayacaq.
“Qürurla qeyd etmək yerinə düşər ki, Xalq Cümhuriyyətinin ideyaları və ənənələri ümummilli lider Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycan dövləti tərəfindən nəinki qorunur və yaşadılır, həm də daha yüksəklərə qaldırılır. Şübhə etmirəm ki, Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər, çünki onların və bütün xalqımızın arzuları müstəqil dövlətimizin mövcudluğunda və fəaliyyətində özünün təcəssümünü tanır.
Azərbaycan XXI əsrin ən uğurlu dövlətlərindən biri olduğunu bütünlüklə təsdiq edə bilmişdir. Müstəqillik, müasirlik, tərəqqi, hürriyyət kimi ümumbəşəri ideyalar dövlətimizin təməl prinsipləri olaraq vətəndaşların xidmətindədir.
100 il əvvəl Cümhuriyyət qurucuları Azərbaycanın müstəqilliyinin tanıdılması uğrunda mübarizə aparırdılar, indi Azərbaycan özünün dövlət müstəqilliyini qəti şəkildə təsdiq edib. 100 il əvvəl beynəlxalq güclər Bakı neftini ələ keçirmək uğrunda savaşırdılar, indi Azərbaycanın bütün təbii sərvətləri xalqımızın mənafeyinə xidmət göstərir.
İndi Azərbaycan nümunə göstərən bir ölkədir. Yüksək inkişaf nümunəsi, əminamanlıq nümunəsi, tolerantlıq nümunəsi Azərbaycanı bütün dünyada məşhur edib. 100 il əvvəl müstəqil yaşamağa haqqı olduğunu sübuna yetirməyə çalışan bir xalq və onun müstəqil dövləti indi dünyaya nümunə göstərir. Çünki müstəqillik və dövlətçilik etibarlı əllərdədir.
Respublika günümüz mübarək olsun!” – deyə o əlavə edib.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Sərdar Cəlaloğlu namizədliyini geri götürdü](https://lent.az/storage/news/2024/july/26/big/66a3ce7e1dffc66a3ce7e1dffd172201126266a3ce7e1dff766a3ce7e1dff9.jpg)
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü
26 iyul 2024 , 20:27![Naxçıvan MSK-nın sədri deputat olmaq üçün istefa verdi](https://lent.az/storage/news/2024/july/26/big/66a34e90016fe66a34e90016ff172197851266a34e90016f966a34e90016fc.jpg)
Naxçıvan MSK-nın sədri deputat olmaq üçün istefa verdi
26 iyul 2024 , 11:21![Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi](https://lent.az/storage/news/2024/july/25/big/66a251d348e1566a251d348e16172191381166a251d348e0f66a251d348e12.jpg)
Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
25 iyul 2024 , 17:19![Polad Bülbüloğlu](https://lent.az/storage/news/2024/july/25/big/66a1e9bb8206066a1e9bb82062172188716366a1e9bb8205b66a1e9bb8205e.jpg)
Polad Bülbüloğlu Şuşanın deputatı olmaq istəyir - YENİLƏNİB
25 iyul 2024 , 16:11![Tovuzda erməni təxribatının qarşısı alındı](https://lent.az/storage/news/2024/july/25/big/66a23fec240eb66a23fec240ed172190922866a23fec240e566a23fec240e8.webp)
Tovuzda erməni təxribatının qarşısı alındı
25 iyul 2024 , 16:05Yəhudinin arvadı və Kaliforniyanın baş prokuroru: Anası ona nə demişdi?
24 iyul 2024 , 20:15![Elton Məmmədovun deputatlığa namizədliyi ləğv edildi - SƏBƏB](https://lent.az/storage/news/2024/july/24/big/66a0f8f12050c66a0f8f12050d172182552166a0f8f12050666a0f8f120509.jpg)
Elton Məmmədovun deputatlığa namizədliyi ləğv edildi - SƏBƏB
24 iyul 2024 , 16:51![Tramp amerikalılar arasında dəstəyini itirir – Əsas SƏBƏB](https://lent.az/storage/news/2024/july/24/big/66a0cbba7d96c66a0cbba7d96d172181394666a0cbba7d96666a0cbba7d969.webp)