“ATƏT seçkilərin müşahidəçiliyindən imtina edərək zəiflik göstərdi" - Lavrov
12 oktyabr 2015 16:39 (UTC +04:00)

“ATƏT seçkilərin müşahidəçiliyindən imtina edərək zəiflik göstərdi" - Lavrov

“ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosu öz zəifliyindən Azərbaycandakı seçkilərdə iştirak etməmək barədə qərar verdi”.

 

Bu sözləri APA-nın Moskva müxbirinin sualına cavabında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

 

O, təşkilatın sistemində problemlər olduğunu bildirib: “Biz dəfələrlə MDBölkələri ilə bu problemi müzakirə etmişik. Problem təşkilatın nizamnaməsi ilə bağlıdır. Nizamnamədə qeyd olunub ki, dövlətlər milli seçkilərə müşahidəçilər dəvət etməyə borcludurlar. O cümlədən, ATƏT-dən. Lakin vacib deyil ki, neçə nəfər müşahidəçi ora gedəcək. Təşkilat Azərbaycana 260 nəfər müşahidəçi göndərmək fikrində olub. Azərbaycan isə 130 nəfərin gəlməsini istəyirmiş. Nəyə görə Azərbaycana bu qədər çox müşahidəçi göndərmək istədikləri halda, Almaniyaya cəmi iki müşahidəçi göndərirlər? Bu, təşkilatın katibliyinin günahı deyil, mövcud olan strukturun zəifliyidir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362
avatar

Oxşar yazılar