İranın dırnaqarası qəhrəmanlığı, Azərbaycanın cəsarət nümunəsi!
02 aprel 2024 12:03 (UTC +04:00)

İranın dırnaqarası qəhrəmanlığı, Azərbaycanın cəsarət nümunəsi!

İranın Dəməşqdəki konsulluğuna hava hücumundan sonra İran parlamentində Azərbaycana qarşı təhdidlər səsləndirilməyə başlayıb.  

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, bu riyakar çıxışlardan biri İran parlamentinin radikal üzvü Cəlal Rəşidi Kuçidən gəlib.  

O, dünən “X” hesabında yazıb: “Sionistlərin” İran ərazisinə hərbi hücumuna istənilən başlıq altında qətiyyətli və oxşar cavab verməkdə süründürməçilik, səbir və gecikmə İranın böyük adının nüfuz və şərəfinə ağır zərbə vurmağa bərabərdir. Mənim təklifim odur ki, "sionistlərin" region ölkələrinin diplomatik mərkəzlərindən biri, daha yaxşısı Azərbaycandakı diplomatik nümayəndəliyi açıq və birbaşa hədəfə alınsın”.

İranın dırnaqarası qəhrəmanlığı...

Gördüyünüz kimi İrandakı bəzi “qəhrəmanlar” yenə hədəfdən yayınaraq Azərbaycanı hədələyir. Adama deyərlər, ay molla, sənin konsulluğunu İsrail vurub. Azərbaycanla nə əlaqə? Yoxsa, İsrailə söz deməyə cürətiniz çatmır? Bəlkə onlardan qorxursunuz? Ona görə hədəfdən yayınıb Azərbaycanı hədələyirsiniz?! Cəsarətiniz çatırsa çıxın bu hücumun cavabını verin. Sözünüzü döyüş meydanında deyin. Hərçənd ki, sizdə o cəsarət də yoxdur. Sizin cəsarətinizi Qəzzada gördük. Boş-boş bəyənatlarla HAMAS-ı qızışdırıb saldınız ortalığa, olan da məzlum fələstin xalqına oldu. Hamı gördü ki, səs-küylü bəynatlar verməkdən başqa əlinizdən heçnə gəlmir.

P.S. Azərbaycan tarixinin yaxın keçmişinə nəzər salsaz bizdən cəsarət nümunəsi götürə bilərsiniz. Birini xatırlada da bilərik. Azərbaycan Ordusu general Polad Həşimov şəhid olandan sonra pafoslu bəyənatlar vermədi, onun qisasını döyüş meydanında aldı. 44 günə Qarabağı azad etdi! Budur cəsarət nümunəsi...

Qeyd edək ki, İsrailin müdafiə ordunun Dəməşqdə İran konsulluğuna etdirdiyi zərbə nəticəsində 7 SEPAH komandiri həlak olub.

 

# 4155
avatar

Oxşar yazılar