Erməni silahlılarının Ağdam və Xocalıda qanunsuz fəaliyyətlərinin qarşısı alındı
17 noyabr 2022 19:25 (UTC +04:00)

Erməni silahlılarının Ağdam və Xocalıda qanunsuz fəaliyyətlərinin qarşısı alındı

Noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələrini ordumuzun bölmələri müşahidə edib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, belə fəaliyyətlər Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır.

“Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə ordumuzun bölmələri zəruri tədbirlər görüb”, - məlumatda qeyd edilib.

# 2475
avatar

Oxşar yazılar