Səməd Seyidov: “Fransa həmsədrlikdən çəkilməlidir”
02 oktyabr 2020 11:26 (UTC +04:00)

Səməd Seyidov: “Fransa həmsədrlikdən çəkilməlidir”


“BMT-nin 4 qətnaməsinin icra olunması beynəlxalq təşkilatların öhdəliyi idi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səməd Seyidov deyib. O bildirib ki, ancaq parodoksal şəkildə BMT ötən gün öz qətnamələrinin icrası üçün bəyanatla çıxış edib.

S.Seyidovun sözlərinə görə, erməni işğalçıların Azərbaycandan çəkilməsi danışıqlar prosesinin əsas şərtidir: “ATƏT-in Minsk Qrupunun 3 həmsədri ötən gün hımsədrlər səviyyəsində deyil, 3 dövlət başçısı kimi bəyanatla çıxış ediblər. Artıq bəzi dövlət başçıları Roma papasından daha çox katolik olmağa cəhd edir. Bu bəyanatlar bölgədə sülhə töhfə verməyə xidmət etmir. Makronun son açıqlamaları bu qəbildəndir. Makron deyir ki, Qarabağın Azərbaycan tərəfindən yenidən ələ keçirilməsini qəbul etməyəcəyik. Bu, nə deməkdir?! Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan torpağının işğalçıdan azad olunması Azərbaycan xalqının haqqıdır və beynəlxalq hüququn tələbidir. Son hadisələr göstərir ki, ATƏT-in Minsk Qrupunun formatı dəyişdirilməlidir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çəkilməlidir. Azərbaycan-Fransa münasibətlərinə yenidən baxılmalıdır".

Deputat bildirb ki, Azərbaycanın hərbi əməliyyatları davam etdirməsi bu cür bəyanatlara ən yaxşı cavab olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 481
avatar

Oxşar yazılar