Korotçenko: “Rusiya vətəndaşı olan ermənilər Dağlıq Qarabağ cəbhəsində iştirak edə bilməzlər”
24 oktyabr 2020 14:49 (UTC +04:00)

Korotçenko: “Rusiya vətəndaşı olan ermənilər Dağlıq Qarabağ cəbhəsində iştirak edə bilməzlər”

“Rusiyalılar, o cümlədən Rusiya vətəndaşı olan ermənilər Dağlıq Qarabağ cəbhəsində iştirak edə bilməzlər”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko deyib.

O qeyd edib ki, Rusiya Federasiyasının vətəndaşları ancaq ölkənin güc strukturlarının tərkibində döyüş fəaliyyətlərində iştirak edə bilərlər: “İndiki halda müharibə Azərbaycan ərazisində gedir və Rusiya vətəndaşları bu müharibədə iştirak etməməlidirlər. Xatırladım ki, bizim Cinayət Məcəlləmiz qanunsuz silahlı birləşmələrdə və döyüş fəaliyyətlərində muzdlu kimi iştirakı cəzalandırır. Ona görə də, Rusiya hüquq-mühafizə orqanlarının vəziyyətə müdaxilə etmək üçün hər bir əsası var. Onlardan sərt reaksiya gözləmək lazımdır. Həqiqətən də Rusiya Federasiyası Cinayət Məcəlləsinin 359-cu maddəsinə görə silahlı münaqişələrdə muzdlu kimi iştirak edənləri 3 ildən 7 ilə qədər, onları “verbovka” edənləri isə 4 ildən 8 ilə qədər həbs cəzası gözləyir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1018
avatar

Oxşar yazılar