Erməni hərbi qüvvələri Azərbaycan Respublikasının Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb.
Lent.az-ın məlumatına görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) "Twitter" hesabında qeyd edib ki, agentliyin xüsusi mobil əməliyyat qrupları fakt tapma missiyasını icra edib və raketin ballistik 8K14 olduğunu müəyyən edib (ELBRUS/SKUD).