Azərbaycan Fransaya  NOTA   verdi
16 noyabr 2022 18:05 (UTC +04:00)

Azərbaycan Fransaya NOTA verdi

Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili JüLyen Lö Lan Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq, noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı XİN-in etiraz notası təqdim edilib.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, görüş zamanı, Fransa Senatında qəbul edilmiş tamamilə həqiqətdən uzaq, yalan və iftira dolu müddəaların əks olunduğu qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd edildiyi diqqətə çatdırılıb.

Qətnamənin açıq təxribat xarakteri daşıdığı və sülh prosesinə öz töhfəsini vermək iddiasında olan Fransanın növbəti dəfə ermənipərəst, qərəzli və birtərəfli mövqeyini bariz şəkildə nümayiş etdirdiyi bildirilib.

Fransanın bu addımının regionda sülhün bərqərar olmasına, xüsusilə də, ölkəmizin israrlı olduğu Azərbaycanla Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında normallaşmasına ciddi zərbə vurmaq məqsədi daşıdığı, bölgədə sülhə qarşı olan revanşist qüvvələri həvəsləndirdiyi vurğulanıb.

Sözügedən qətnamənin, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yanaşı, Azərbaycan ilə Fransa arasında “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə”nin (1993) xüsusilə 2-ci maddəsinin 3-cü bəndi çərçivəsində öhdəliklərə tamamilə zidd olduğu qeyd edilib.

Azərbaycan tərəfi görüşdə Fransa tərəfindən bir daha Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinilməsini təkidlə tələb edib.

Fransanın müvəqqəti işlər vəkili Azərbaycan tərəfinin müraciətini aidiyyəti üzrə çatdıracağını bildirib.

# 1086
avatar

Oxşar yazılar

QMİ-dən BƏYANAT:  "Səfirliyimizə hücum terror aktıdır"

QMİ-dən BƏYANAT: "Səfirliyimizə hücum terror aktıdır"

27 yanvar 2023 , 18:26
"Türkiyə can dostunun yanındadır" - Ərdoğandan DƏSTƏK

"Türkiyə can dostunun yanındadır" - Ərdoğandan DƏSTƏK

27 yanvar 2023 , 17:07
İran terror dövləti olduğunu bir daha sübut etdi:  Sonu virandır

İran terror dövləti olduğunu bir daha sübut etdi: Sonu virandır

27 yanvar 2023 , 15:37
İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı

İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı

27 yanvar 2023 , 15:06
“Azərbaycan səfirliyinə qarşı törədilən terror aktına görə birbaşa İran dövləti məsuliyyət daşıyır”- Ramiz Alıyev

“Azərbaycan səfirliyinə qarşı törədilən terror aktına görə birbaşa İran dövləti məsuliyyət daşıyır”- Ramiz Alıyev

27 yanvar 2023 , 14:21
İrandakı səfirliyimizin əməkdaşları  təxliyə edilir

İrandakı səfirliyimizin əməkdaşları təxliyə edilir

27 yanvar 2023 , 13:12
Prezident İlham Əliyevdən İRAN PAYLAŞIMI:  "Şiddətlə qınayıram"

Prezident İlham Əliyevdən İRAN PAYLAŞIMI: "Şiddətlə qınayıram"

27 yanvar 2023 , 12:51
Səfirliyimizə hücum edənin SEPAH-la əlaqələri var - Molla rejimi iz azdırır

Səfirliyimizə hücum edənin SEPAH-la əlaqələri var - Molla rejimi iz azdırır

27 yanvar 2023 , 12:37