Anar Məmmədlinin təşkilatında qalmaqal : donorları aldadıb, müşahidəçilərin pulunu kəsib- QHT-lərdən donos yazıb -YENİLƏNİB
06 fevral 2024 18:12 (UTC +04:00)

Anar Məmmədlinin təşkilatında qalmaqal: donorları aldadıb, müşahidəçilərin pulunu kəsib- QHT-lərdən donos yazıb -YENİLƏNİB

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlidən xəbər var.

Uzun müddətdir ki, ictimai-siyasi proseslərdə aktivlik göstərməyən Məmmədli növbədənkənar prezident seçkiləri ilə bağlı prosesə start veriləndən bəri köhnə tərəfdaşları ilə yeni bazarlığa başlayıb.

Əldə olunan məlumatlara görə, hazırda SMDTM ABŞ-ın "Beynəlxalq İnkişaf Agentliyi” (USAİD), “German Marşal Fondu”, “Freedom House”, “National Endowment for Democracy” (NED), “National Democratic İnstitute” (NDİ), Çexiyanın “Prague Civil Society Center” təşkilatlarından maliyyə ala bilir.

Növbədənkənar prezident seçkiləri ilə bağlı aktiv fəaliyyətə başlamış Anar Məmmədlinin  xarici donoları aldatdığı üzə çıxıb.

Məmmədlinin çevrəsindəki şəxslərdən birinin bildirdiyinə görə, o, tərəfdaş təşkilatlara əksər seçki dairələrində iş aparacağı barədə vəd verib: “Seçkiyə bir gün vaxt qalıb, Anar isə cəmi 50-60 nəfəri müşahidəçi olmağa razı sala bilib. Buna səbəb isə Anarın aldığı pulun çox az hissəsini müşahidəçilərə vəd etməsidir. Anara seçki ilə bağlı çox yüksək məbləğlər verilsə də, o, müşahidəçi kimi cəlb etdiyi şəxslərə çox az pul vəd edir. Buna görə də siyasi prosesləri bilən, ali təhsilli gənclər bu prosesdə iştirak etmək istəmirlər. Anarın indi cəlb etdikləri isə maddi cəhətdən imkansız olan şəxslərdir”.

Mənbənin bildirdiyinə görə, A. Məmmədlinin müşahidəçilərə günlük vəd etdiyi pul 40-50 manat civarındadır.

Qeyd edək ki, AXCP sədri Əli Kərimliyə yaxınlığı ilə tanınan Anar Məmmədlinin rəhbərlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin monitorinqlərindəki iştirakçılar, həmçinin müşahidəçiləri də AXCP gənclər təşkilatının üzvləri olublar. İndi isə həm AXCP-də gənclərin sayının əhəmiyyətli dərəcədə azalması, həm də Məmmədlinin cüzi qonorar vəd etməsi səbəbindən cəbhəçilər bu prosesdə əksərən iştirak etmirlər.

Xatırlatmaq yerinə düşər ki, SMDTM 2001-ci ildən bu günədək Azərbaycanda keçirilən bütün seçkilərdə müşahidə aparıb, “seçkilərin beynəlxalq standartlara cavab verməməsi barədə” hesabatlar hazırlayaraq xarici donorlara və beynəlxalq təşkilatlara göndərib.

Anar Məmmədlinin beynəlxalq təşkilatlara göndərdiyi danoslar isə təkcə seçki prosesi ilə bitmir. Məlumata görə, o, əlinə imkan düşən kimi rəqiblərinin “bostanına daş atmaqdan” çəkinmir. Anar Məmmədli növbədənkənar prezident seçkiləri ilə bağlı hazırladığı “ilkin hesabat”da fürsət düşmüşkən, xarici donorlara göz dikmiş digər QHT-dəki həmkarlarını da “vurub”.

“Azərbaycanda vətəndaş cəmiyyətinə total siyasi nəzarət tədbirləri həyata keçirilir. Nəticədə bölgələrdə və Bakı şəhərində açıq ictimai müzakirələr həyata keçirmək məhdudlaşdırılıb. Yalnız hökumətyönlü QHT-lər və ictimai qruplara bölgələrdə və Bakıda sərbəst fəaliyyət imkanları yaradılıb. Bununla müstəqil vətəndaş cəmiyyəti təşkilatlarına qarşı ayrı-seçkilik sistemli şəkildə davam etdirilib.” İnanmayanlar bu barədə SMDTM-in hesabatında oxuya bilərlər.

Məlumata görə, Anar Məmmədli əvvəllər də birgə işlədiyi tərəfdaşları barədə xarici donorlara müxtəlif donoslar göndərib.

Xatırlatmaq yerinə düşər ki, son dövrlərdə beynəlxalq donor qurumlarından Azərbaycan əleyhinə iş aparmaq üçün müxtəlif adlar altında maliyyə dəstəyi almış, qeyri-qanuni maliyyələşən media və QHT nümayəndələri cinayət məsuliyyətinə cəlb ediliblər. Hazırda isə həbs olunanlara ayrılan vəsaiti əldə etmək uğrunda yarış başlayıb.

A.Məmmədlinin rəhbərlik etdiyi SMDTM 2018-ci il Prezident, 2019-cu il bələdiyyə, eləcə də 2020-ci ildə keçirilmiş parlament seçkilərinin müşahidəsini aparıb.

SMDTM-in  fəaliyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitut (NDİ), Demokratiyaya Milli Dəstək fondu (NED), «German Marşal» fondu və ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilib.

A.Məmmədli 2020-ci ildə məhz ABŞ donorlarının maddi dəstəyi ilə ABŞ-ın Serakuz Universitetinin Maksvel Məktəbinin İctimai İdarəçilik ixtisası üzrə magistr dərəcəsini bitirib.

A.Məmmədli barəsində 29 oktyabr 2013-cü il tarixdə AR Cinayət Məcəlləsinin 192.2.2, 192.2.3, 213.2.1, 308.2-ci maddələri ilə cinayət işi açılıb, 5 il 6 ay azadlıqdan məhrum olunub. 2016-cı ildə Azərbaycan Prezidenti tərəfindən əfv edilib.

 

# 4281
avatar

Oxşar yazılar