Şəhidlərin şərəf və ləyaqəti qorunsun - Vitse-spikerdən TƏKLİF
19 iyun 2020 11:52 (UTC +04:00)

Şəhidlərin şərəf və ləyaqəti qorunsun - Vitse-spikerdən TƏKLİF

“Ölkə başçısının və birinci Vitse-prezidentin şəhid ailələrinə daim qayğısı var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Adil Əliyev deyib.

O bildirib ki, şəhidlərimiz, qazilərimiz üçrəngli bayrağın daim dalğalanması üçün insandan ötrü ən uca nemət olan canlarından keçiblər: “Bizi narahat edən məqam ondan ibarətdir ki, vətənpərvərlik duyğularından uzaqlaşmış bəzi şəxslər sosial şəbəkələrdə, KİV-də şəhidlərimizlə bağlı xoşagəlməz ifadələr işlədirlər. Cinayət Məcəlləsində təhqir edilən şəxslərlə bağlı xüsusi maddə var. Qeyd olunan proses isə kifayət qədər ağrılıdır. Bununla, o ailəyə ikiqat əziyyət edilir. Təklif edirəm ki, Cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddə əlavə edilsin”.

Deputat karantin rejiminin uzadılması ilə bağlı məsələyə də münasibət bildirib: “Karantin rejiminin müddətinin uzadılması ilə bağlı bizə olan müraciətlərin vaxtında həll edilməsi üçün bu məsələləri aidiyyəti qurumlar qarşısında vaxtında qaldırmalıyıq. Bizə olan müraciətləri vaxtında aidiyyəti qurumlar qarşısında qaldırsaq, ölkəmizdə bu qədər problem olmaz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2320
avatar

Oxşar yazılar