Milli Məclisin sədri Sahibə Qafarova beynəlxalq təşkilatları Azərbaycanın günahsız mülki vətəndaşlarının ölümünə səbəb olan terroru dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.
APA-nın məlumatına görə, parlamentin sədri bununla bağlı “Twitter” hesabında paylaşım edib. Spiker qeyd edib ki, Ermənistan terrorçu üzünü bir daha göstərdi: “Bu gecə başqa bir SKUD ballistik raketi Azərbaycanın Gəncə şəhərinə tuş gəldi. Beynəlxalq təşkilatlar ilk olaraq, BMT Azərbaycanın günahsız mülki insanlarının həyatına səbəb olan bu terroru dayandırmaq üçün təcili tədbirlər görməlidir”.