“Həmkarlarımdan xahiş edirəm ki, rayonlardakı bu və ya digər problemləri Milli Məclisin iclaslarına tünd rənglərlə daşımasınlar”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
O bildirib ki, bundan istifadə edən antimilli qüvvələr dövlətin üzərinə gəlir: “Burada o məsələlər müzakirəyə çıxarılmalıdır ki, dövlətçiliyin inkişafına töhfə məqsədi daşısın. Biz özümüz yerlərdəki problemləri aidiyyəti qurumlar qarşısında qaldıra bilərik”.