Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin iclasına gəldiyi zaman Azərbaycan Respublikasının Dövlət himni ifa ediləcək.
APA-nın məlumatına görə, bu, Milli Məclisin Daxili Nizamnaməsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
“Televiziya və radio yayımı haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə Azərbaycan Respublikasının Dövlət Himni hər səhər Azərbaycan Respublikasının televiziya və radio yayımının əvvəlində səsləndirilməlidir. “İctimai televiziya və radio yayımı haqqında” qanuna da analoji məzmunda dəyişiklik təklif edilib.
Qeyd edək ki, hər üç qanuna "Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında" qanunun icrası ilə əlaqədar dəyişiklik təklif edilir.