Prezident İlham Əliyev Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu təsdiqləyib.
APA-nın xəbərinə görə, qanuna əsasən Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb.