Ermənistan tərəfindən Azərbaycanın Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açılıb.
Bu barədə Lent.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açılıb: “Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/Mod saxta hesabın bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi "twitter" hesabı bu linkdədir: https://twitter.com/wwwmodgovaz”.