Daha iki Seçki Dairəsi üzrə müraciətlər DSK-ya göndərildi - YENİLƏNİB
18 fevral 2020 18:20 (UTC +04:00)

Daha iki Seçki Dairəsi üzrə müraciətlər DSK-ya göndərildi - YENİLƏNİB

 

Mərkəzi Seçki Komissiyasının iclasında bu gün keçirilən daha bir Seçki Dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb.

APA-nın məlumatına görə, müzakirələrin yekununda 108 saylı Ağstafa Seçki Dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq Dairə Seçki Komissiyasına göndərilməsinə qərar verilib.

***

16:17

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Mərkəzi Seçki Komissiyasının iclasında 29 saylı Seçki Dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb.

APA-nın məlumatına görə, müzakirələrin yekununda müraciətlərin araşdırılması üçün müvafiq Dairə Seçki Komissiyasına göndərilməsinə qərar verilib.

 

# 1524
avatar

Oxşar yazılar