Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və NATO Baş katibi Yens Stoltenberq Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə M. Çavuşoğlu Ankarada səfərdə olan Y. Stoltenberqlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Nazir deyib ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəliidir.
Türkiyə XİN başçısı S-400-lə də bağlı Y. Stoltenberqlə müzakirə apardıqlarını vurğulayıb.