MDB müşahidə missiyasının Qazaxıstandan olan 3 müşahidəçisi 21 saylı Nəsimi I Seçki Dairəsinin bir neçə məntəqəsində səsvermə prosesini izləyib.
MDB müşahidə missiyasının Qazaxıstandan olan müşahidəçisi Ulan Sarkulov APA-ya bildirib ki, dairə üzrə 7 məntəqədə seçki prosesini müşahidə ediblər.
“İndiyə qədər hər hansı bir pozuntuya rast gəlməmişik. İnsanların müstəqil şəkildə səs verməsi ilə bağlı bütün şərait yaradılıb”, - deyə o vurğulayıb.