Azərbaycan Xarici İşlər naziri ilə fransalı həmsədr arasında telefon danışığı olub
04 oktyabr 2020 16:36 (UTC +04:00)

Azərbaycan Xarici İşlər naziri ilə fransalı həmsədr arasında telefon danışığı olub

Bu gün Azərbaycanın Xarici İşlər nazirinin təşəbbüsü ilə Xarici İşlər naziri Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun Fransanın həmsədri Stefan Viskonti arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən APA-ya verilən məlumata görə, nazir Ceyhun Bayramov fransız həmsədrinə bölgədəki artan gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxslərini və obyektlərini qəsdən atəşə tutması barədə məlumat verib. Nazir təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb. Fransız həmsədrə məlumat verilib ki, bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 24 azərbaycanlı mülki şəxs şəhid olub, 111 nəfər isə yaralanıb. Stefan Viskontinin diqqətinə çatdırılıb ki, Ermənistan bu hərbi təxribatları həyata keçirməklə dinc əhalini terrora məruz qoymaq, hədələmək və çaxnaşma yaratmaq məqsədi güdür. Nazir bunun Ermənistanın siyasi-hərbi rəhbərliyinin terror taktikasını bir daha nümayiş etdirdiyini vurğulayıb.

Stefan Viskonti bölgədəki gərginliyin artmasından ciddi narahatlığını ifadə edib və atəşkəsə əməl etmənin əhəmiyyətini vurğulayıb.

 

Nazir Ceyhun Bayramov, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə uyğun olaraq Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması bölgədə sülhün təmin olunması üçün mühüm şərt olmasını qeyd edib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514
avatar

Oxşar yazılar