Siyavuş Novruzov: “...YAP üzvü ola-ola seçkiyə başqa partiyanın namizədi kimi qatılıb” - MÜSAHİBƏ
- Siyavuş müəllim, 7 noyabr parlament seçkilərinin ilkin nəticələrini necə qiymətləndirirsiniz?
- Seçkinin nəticələrini hər mənada yüksək qiymətləndirirəm. Birinci növbədə ona görə ki, həm seçki kampaniyası, namizədlərin qeydə alınması, təbliğat-təşviqat dövrü qanunun tələblərinə uyğun şəkildə keçdi. Əsasən səsvermə günü insanların çox aktivliyi hiss olunurdu. Ayrı-ayrı dairələri çıxmaq şərti ilə ümumilikdə seçicilərin seçki prosesinə münasibəti çox yaxşı idi, maraq böyük idi. Bu, ondan irəli gəlir ki, seçicilər əvvəlcədən öz namizədlərinin platformasını, fikir və planlarını izləmişdilər və nəticə etibarı ilə seçki günü kimə səs verəcəklərini bilirdilər. Yeri gəlmişkən, mən Mərkəzi Seçki Komissiyasına və İctimai Televiziyaya təşəkkürümü bildirirəm. Dairələr üzrə namizədlər arasında debatların keçirilməsi həm böyük yenilik idi, həm də, bu debatlar vasitəsi ilə hər bir namizədin nəyə qadir olduğu, onun savad səviyyəsi, düşüncə tərzi, baxışları, seçiciyə 4 dəqiqə ərzində aydın oldu. Məlum oldu ki, elə insanlar var ki, 20 il əvvəl hansı səviyyədə idilərsə, elə o səviyyədə də qalıblar. Bütün namizədləri görüb dinləmək seçicilərə seçmək üçün çox böyük imkan yaratdı. Mən hesab edirəm ki, müxalifət partiyalarının bir çoxunun həm liderlərinin, həm də ayrı-ayrı namizədlərinin seçilməməsinin bir səbəbi də özlərinin və nümayəndələrinin televiziyalardakı çıxışları idi. Yəni, onların 20 ildə bir addım qabağa getməməsini cəmiyyət gördü. Cəmiyyət bildi ki, bu insanlarla güclü və qüdrətli Azərbaycan qurmaq mümkün deyil. Seçicilər YAP-a, onun namizədlərinə bir daha inam və etibar edərək etimad göstərdilər ki, Heydər Əliyev siyasi kursu və İlham Əliyevin dəsti-xətti ilə Azərbaycan tam güclü və ərazi bütövlüyü tam olan bir ölkə kimi qurula bilər.
Təşviqat müddəti bir maraqlı məqamı da ortaya çıxartdı. YAP KİV-də ödənişli təbliğat-təşviqat kampaniyasını özünün 3 qəzeti və müqavilə bağladığı 3 informasiya agentlikləri ilə apardı. Bizim 111 namizədimizin 111-inə də bərabər səviyyədə yanaşıldı. Baxılmadı ki, bu namizəd YAP-ın icra katibi Əli Əhmədovdur, onun müavini Siyavuş Novruzovdur, yoxsa Gədəbəydən, Tovuzdan namizədliyi irəli sürülmüş başqa bir namizədimizdir. Yəni, hamının təşviqat kampaniyası KİV-də bərabər şəkildə aparılması oldu. Ancaq müxalifətdə başqa cür idi. Məsələn, “Yeni Müsavat” qəzeti “AXCP-Müsavat” blokundan təkcə Rauf Arifoğlunu, arabir İsa Qəmbəri reklam elədi. “Azadlıq” qəzeti də təxminən o qayda ilə kampaniya müddətində yalnız Əli Kərimlinin, arabir isə İsa Qəmbərin reklamını verirdi. Bu, onu göstərir ki, birinci növbədə, onlar heç bir görüş-filan keçirmədilər, bir-iki dəfə adamların əhatəsində olmuşdular, onda da başlarına yığılanların çoxu azyaşlı uşaqlar idi. İkincisi, bu, onların bir-birinə olan münasibətini bir daha nümayiş etdirdi. Təşviqat kampaniyasında bu iki qəzet iştirak etsə də, həmin qəzetə baxanlar onların başqa namizədlərinin olduğunu hiss eləmədilər, ancaq özlərini, birinci adamlarını təbliğ elədilər.
Yeri gəlmişkən, bizim namizədlərimiz seçicilərlə görüşlərini iki mərhələdə keçiriblər. Birinci mərhələ oktyabrın 16-dan 24-nə qədər, ikinci mərhələ isə oktyabrın 25-dən noyabrın 5-dək olub. YAP-ın namizədləri ümumilikdə 2217 görüş keçirib. Namizədlərimiz bu görüşlər zamanı ümumilikdə 600 mindən artıq seçici ilə birbaşa görüşüb. Bundan başqa, YAP-ın namizədləri bütün evlərə, mənzillərə öz bukletlərini, seçki proqramlarını, təqvimləri və digər təşviqat materiallarını yayıblar. Hər evdə orta hesabla üç nəfərin yaşadığını nəzərə alsaq, həmin bukletlər bəzi yerlərdə 15 min, bəzi yerlərdə 9, bəzi yerlərdə isə 11 min ailəyə çatdırılıb. Bundan ötrü əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərində xüsusi ixtisaslaşmış təşkilatlarla müqavilələrlə bağlamışıq.
Bütün bunların nəticəsi olaraq 2005-ci ildəkindən də artıq namizədimiz qələbə qazandı. Həmin vaxt 62 namizədimiz parlamentə mandat qazanmışdı, sonradan seçkilərdə qalib gəlmiş 2 nəfər də bəyanat verərək YAP sıralarına qoşuldu və 64 nəfər olduq. Bu dəfə isə MSK-nın açıqladığı ilkin məlumatlara görə, YAP-ın 71 namizədi Milli Məclisə üzv seçilib. Bu isə YAP, onun sədri, namizədləri və üzvləri üçün çox böyük nailiyyətdir.
- YAP-ın vahid namizədlər siyahısından kənar namizədliyini irəli sürmüş YAP üzvlərindən millət vəkili seçilən oldumu?
- Bəli, bir nəfər oldu. Bu, 111 saylı Zaqatala-Balakən seçki dairəsindən namizədliyini irəli sürmüş Kamilə Əliyeva idi. Onunla birlikdə qalib gələn təmsilçilərimizin sayı 71-dir.
YAP-ın vahid namizədi olmayan digər partiya üzvlərimiz barədə isə İdarə Heyətinin ciddi qərarı olacaq. Baxmayaraq ki, seçkilər başa çatdı, YAP-ın uğurları var, onlarla bağlı qərarlar veriləcək. Elə hallar var ki, YAP üzvü ola-ola seçkiyə başqa partiyanın namizədi kimi qatılıb və s. Bu adamlarla bağlı konkret qərarlar qəbul ediləcək.
- Namizədliyini partiyanın siyahısından kənar irəli sürmüş YAP-ın tanınmış üzvləri də var: Nazim Məmmədov, Əli Əlirzayev...
- Seçkinin yekunları ilə bağlı biz bütün hesabatları hazırlayırıq. Artıq ilkin olaraq görüşlərin nəticələri ilə bağlı məsələləri yekunlaşdırmışıq. Yeri gəlmişkən, görüşlərdə qaldırılan təkliflər, irəli sürülən problemlər və s. məsələlər ümumi qaydada toplanılır, təhlil olunduqdan sonra hansı addımların atılması müəyyənləşdiriləcək. Onu da deyim ki, hər məntəqədə və dairədə YAP-ın müşahidəçiləri var idi. Bu gün məğlub olmuş bəzi müxalifət partiyaları deyir ki, seçkidə saxtakarlıq olub. Axı bunların müşahidəçisi olmayıb, bunu nəyə əsasən deyirlər? Yalnız liderlərinin namizəd olduğu dairələrdə müşahidəçilər olub. Məsələn, özümün namizədi olduğum 5 saylı Şahbuz-Babək seçki dairəsini götürək. Bu dairədə müxalifət namizədinin cəmi bir nəfər müşahidəçisi var idi, o da namizədin öz oğlu idi və bircə məntəqədə seçkini əvvəldən axıradək izlədi. Həmin məntəqədə o namizəd cəmisi 35 səs alıb, Siyavuş Novruzov isə 900-dən çox səs almışdı. İndi də gəlib deyir ki, saxtakarlıq olub. Axı 5 saylı dairədə 35 məntəqə var, axı cəmi bir məntəqədə öz oğlun müşahidə aparıb, qalan məntəqələrdə yox, indi bu böhtanı, yalanı niyə danışırsan?
Biz müşahidəçilərimizlə, onların müşahidə etdiyi məntəqələrlə, orada olan yekun rəqəmlərlə bağlı ATƏT-ə və başqa beynəlxalq qurumlara hesabat tipli məlumatlar təqdim edəcəyik. Qoy o seçkiyə kölgə salmaq istəyənlər də həmin qurumlara məlumatlar göndərsin ki, filan müşahidəçilərimiz filan məntəqələrdə müşahidəçilik edib.
Seçki məntəqələrinin sayı 5 mindən çoxdur. YAP isə hər bir məntəqəyə və hər bir dairəyə bir nəfər müşahidəçi təyin etmişdi. Biz yekun olaraq həm seçkiyə münasibət, həm də namizədliyini siyahıdan kənar irəli sürmüş YAP üzvləri ilə bağlı qərarımızı bildirəcəyik.
- Qərar həmin şəxslərin partiyadan çıxarılması olacaq?
- Qərar çox sərt olacaq.
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), ATƏT-in Parlament Assambleyası (PA), Avrora Şurası Parlament Assambleyası (AŞPA) və Avrora Parlamentinin müşahidə missiyasının, xüsusən ABŞ Dövlət Departamentinin hesabatına münasibətiniz necədir?
- Bu prosesi 50 minə yaxın müşahidəçi izləyib. Onların arasında beynəlxalq müşahidəçilər də var. İndi müxalifət qəzetləri şərləyir ki, onlara guya pul verilib və s. Deməli belə çıxır ki, müşahidəçilər onları müdafiə edəndə düz deyir, ancaq haqq-ədaləti müdafiə edəndə pul almış olur? Ayrı-ayrı Avropa dövlətlərindən gələn şəxslər Azərbaycandakı seçkilərin demokratik keçirildiyini bəyan etdilər. Bəzi məntəqələrdə baş verən qanun pozuntuları ilə bağlı isə aidiyyəti qurumlar araşdırma işləri aparır. Araşdırma aparıldıqdan sonra müvafiq qərar qəbul ediləcək. Bəzi təşkilatların isə “hesabatları” əvvəlcədən hazırlanmışdı. Onları seçki maraqlandırmırdı. Məsələn, ATƏT-in özünü vaxtilə ABŞ ölkədə keçirilən seçkilərə buraxmırdı. Rusiya kimi nəhəng ölkədə prezident seçkilərini bu təşkilat 40 müşahidəçi ilə izlədi. Ancaq Azərbaycana göndərdiyi müşahidəçilərin sayı 400 nəfərdən artıq oldu. Onlar özləri də şahid oldu ki, Azərbaycanda parlament seçkiləri necə demokratik keçirildi. Əfqanıstan parlamentində üzvlərin 80 faizi orta təhsilidir, 10 faizinin isə ali təhsili yoxdur. Ancaq ABŞ hər dəfə bəyan edir ki, Əfqanıstanda azad, ədalətli və demokratik – fikir verin demokratik – seçki keçirildi. Hansı ki, hər şeyin nə olduğunu gözəl bilir, bilir ki, o ölkədə bülleteni oxuya bilməyənlər, imza ata bilməyib barmaq basanlar səs verir. Yaxud deyirlər ki, İraqda azad və ədalətli seçki keçirildi. Azlıqda olan bir etnik qrupun nümayəndəsi prezident seçilir, çoxluğu təşkil edən yerli ərəb qalır qıraqda. Azərbaycanda keçirilən seçkilərə isə qeyri-obyektiv qiymət verirlər. Bunlar hamısı onların qərəzli olmasından irəli gəlir. Ermənistanda keçirilən prezident seçkilərində nə qədər adam öldü, itkin düşdü, həbs olundu, ancaq nəticə etibarı ilə onlar üçün belə qiymət vermədilər. Azərbaycandakı seçkilər isə azad və demokratik şəkildə, özü də bir də insident baş vermədən keçirildi. Bəs nədən bu seçki ATƏT-in standartlarına uyğun gəlmir?! ABŞ-dakı seçkilərdə Floridada bir il bülleten saydılar…
Hansısa dövlətin Azərbaycanın təbii sərvətlərindən güzəştli şərtlərlə istifadə etmək fikri var, ona görə də başqa variantları yoxdur, bu üsula əl alırlar. Ancaq dövr o dövr deyil. Bu gün xalqla YAP, onun sədri arasında güclü birlik var. Bunun bariz nümunəsi hər bir seçkidə ortaya qoyulur.
- “AXCP-Müsavat” bloku seçkinin nəticələrini tanımadıqlarını bildirib...
- Bunlar 20 ildir seçkinin nəticələrini tanımırlar ki. Həmin İsa Qəmbərdir ki, 90-cı illərdə “parlament mənfurdur, mənfurdur” deyirdi. Özü parlament sədri seçiləndən sonra parlamentin mənfurluğu dəyişdi, yoxsa İsa Qəmbər mənfurlaşdı? Deyirdi ki, dərhal seçkilər keçiriləcək. Ancaq parlament sədri olandan sonra bu məsələ qətiyyən yada düşmədi, əksinə, özü prezidentlik sevdasına düşdü. Tanımırlar-tanımasınlar, biz onları çoxdan tanımırıq. Konstitusiyada yazıldığı kimi, Azərbaycan hakimiyyətinin mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqı isə hakimiyyətini seçkilər yolu ilə formalaşdırıb. Xalq növbəti dəfə öz parlamentini seçdi. İndi Conun, Əli Kərimlinin, ya da İsa Qəmbərin nə deməsindən asılı olmayaraq xalq parlamentini seçib. Onların nümayəndələri deyirdi ki, bura işıq çəkəcəyəm, ora qaz çəkəcəyəm və s. Ancaq bunlar deputatın fəaliyyətinə aid deyil. Bu, icra strukturunun, bələdiyyənin işdir. Bunların düşüncələri bələdiyyə səviyyəsindədir. Getsinlər güclərini bələdiyyə seçkilərində sınasınlar.
- Noyabrın 11-də Milli Məclisə keçirilmiş seçkilərdə parlament təmsilçiliyi qazanmış əksər siyasi partiyalar YAP-ın qərargahında birgə bəyanat imzalayıb. Mandat qazanmış partiyalardan yalnız Ümid Partiyası həmin bəyanata qoşulmadı. Buna münasibətiniz necədir?
- Bu partiya seçkiyə blok şəklində getmişdi. MSK-nın ilkin nəticələrinə görə həmin blokdan bir nəfər seçilib. Ancaq həmin bir nəfərin MSK-nın açıqladığı ilkin nəticələrə əsasən birinci yerdə olduğu seçki dairəsi ilə bağlı yekun nəticə hələlik məlum deyil. Bildiyimə görə, həmin dairənin müxtəlif seçki məntəqələrindən MSK-ya kifayət qədər şikayətlər daxil olub.
- Noyabrın 7-lə keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən YAP olaraq Milli Məclisdə təmsilçilik qazanmış hansı partiyaları müxalifət hesab edirsiniz?
- Bəziləri “demokratik qüvvələr” deyir. Elə bil bunların alnına, ya da doğum haqqında şəhadətnamələrinə “demokrat” yazılıb. Əgər ümumxalq hərəkatından başlasaq, Sabir Rüstəmxanlı bütün meydanı ayağa qaldıranda, İsa Qəmbər Polyaniçko ilə Djerzinski klubunda çıxış etməyə hazırlaşırdı. İndi Sabir Rüstəmxanlı müxalifətdir, yoxsa İsa Qəmbər?! Yaxud Fazil Mustafa universitetdə mübarizə aparanda, Əli Kərimli komsomola katib seçilmək üçün dəridən-qabıqdan çıxırdı. Onların hər ikisi AXCP sədrinin müavini olub, Qüdrət Həsənquliyev müşavir olub. Nədən bunlar demokrat olmadı, ancaq dünən ortaya çıxan Fuad Qəhrəmanlı - AXC yarananda yəqin o, orta məktəbdə oxuyurdu - , Razi Nurullayev – haradan ortaya çıxdığı bəlli deyil – oldu müxalifət, ancaq başqaları qeyri-müxalifət. O sözləri İlyas İsmayılova da, Əbülfəz Elçibəyin müavini olmuş Asim Mollazadəyə də aid etmək olar. Bu insanlar tərbiyə ilə müxalifətçilik edir, Avropa qaydasında öz fikirlərini ortaya qoyur. Biz hesab edirik ki, parlament təmsilçiliyi qazanmış Ana Vətən və Sosial Rifah partiyaları iqtidaryönlü partiyalardır. Digər mandat qazanmış partiyalar isə müxalifət partiyalarıdır.

714