İqor Bodyu: “Moldova AGRI layihəsinə qoşula bilər” - MÜSAHİBƏ
- Moldovada Konstitusiya referendumunun baş tutmamasının səbəbi nədir və ölkə bu siyasi böhrandan necə çıxacaq?
- Referendum yetərsay olmadığı üçün baş tutmadı. Bizim qanunvericilikdə seçicilərin iştirak sayı müəyyənləşdirilib. Amma digər ölkələrin də praktikası göstərir ki, əhalinin aktiv hissəsi referenduma gedir və istənilən müasir cəmiyyətdə passiv əhali təbəqəsi də mövcuddur. Referendumda iştirak edənlərin 80 faizi dəyişiklikləri dəstəkləsə də, nəticə əldə olunmadı. İnsanların səsverməyə gəlməməsi onların bu dəyişikliklərə etiraz etməsi demək deyil, əhali ölkə daxilində baş verən siyasi mübahisələrdən bir qədər yorulub. Səsvermədə iştirak faizinin az olmasının səbəbi kimi zəif təbliğatı da göstərmək olar. Referendum öncəsi aparılan sosioloji sorğular əhalinin 70-80 faizinin bu dəyişiklikləri dəstəklədiyini göstərirdi. Görünür, siyasi sinif də buna arxayınlaşaraq əhalini səsverməyə çıxarmaq üçün maksimum səy göstərməyib.
Bu böhrandan da hazırkı Konstitusiyaya uyğun çıxmağı düşünürük. Bu yaxınlarda parlament buraxılacaq və yeni parlament seçkiləri elan olunacaq. Yeni parlamentdə prezident seçməyə çalışacağıq. Yeni prezident parlamentə keçən partiyalardan birinin təmsilçisi də ola bilər, əvvəlki parlamentlərin prezident seçkiləri zamanı uğursuzluqlarını nəzərə alaraq hansısa tanınmış şəxs də ola bilər. Moldovanın bu siyasi böhrandan çıxması üçün sağçıların da, solçuların da səs verə biləcəyi kompromis bir fiqur təklif olunmalıdır.
- Moldovanın NATO və Avropa İttifaqına daxil olmaq planları varmı? Bəzi avropalı ekspertlər Moldovanı bu qurumlara real namizəd hesab edirlər, digər faktorlarla yanaşı, Moldova vətəndaşlarının əksəriyyətinin həm də Rumıniya vətəndaşı olması faktını da səbəb kimi göstərirlər.
- Moldova əhalisinin heç də əksəriyyəti həm də Rumıniya vətəndaşı deyil. Moldovada bir neçə milli azlıq yaşayır ki, onlara təmsil etdikləri ölkələr vətəndaşlıq verib. Moldovanlar Rumıniya vətəndaşlığını əldə etmir, onu bərpa edirlər. Rumıniyanın vətəndaşlıq haqqında qanununa əsasən Rumıniya Krallığında yaşamış insanlar və onların övladları, nəvələri ölkə vətəndaşları hesab olunurlar. Xatırladım ki, 1940-cı ildə Sovet İttifaqı Rumıniya Krallığının ərazisi olan Bessarabiyanı ilhaq edib, ora qoşun yeridib və sonralar həmin ərazidə Moldova SSR yaradılıb. Bessarabiyada yaşamış insanların öz vətəndaşlıq vəziyyətlərini bərpa etməyə haqları var. SSRİ oraya qoşun yeridib əhalini avtomatik olaraq SSRİ vətəndaşı edəndə insanlardan bunu istəyib-istəmədiklərini soruşmayıb.
NATO və Avropa İttifaqına daxil olmağa gəldikdə, Moldovanın inteqrasiya şansı var. Moldovanın hazırkı hökumətini təşkil edən “Avropaya inteqrasiya uğrunda alyans” üçün bu məsələlər daxili və xarici siyasətin prioritetləridir. Avropa İttifaqına üzvlük məsələsində Moldovanın bütün siyasi qüvvələri vahid mövqedədir. Lakin bu inteqrasiyaya gedən yol məsələsinə siyasi qüvvələrin müxtəlif baxışları var. Hazırkı hakimiyyət bu istiqamətdə 8 il rəhbərlikdə olan əvvəlki hakimiyyətdən çox iş görüb. Avropa İttifaqına assosiativ üzvlük və viza rejiminin liberallaşması ilə bağlı 2 raund danışıqlar aparılıb. Əhalinin də 80 faizi Avropa İttifaqına daxil olmağı dəstəkləyir.
NATO ilə bağlı vəziyyət isə fərqlidir. Konstitusiyaya əsasən Moldova neytral ölkədir, amma buna baxmayaraq, onun ərazisində həll olunmamış münaqişə və xarici hərbi qüvvə var. Biz neytrallıq prinsipini Konstitusiyaya ona görə daxil etdik ki, Dnestryanı münaqişəni həll edək. Təəssüf ki, 90-cı illərin əvvəlindən danışıqlar aparılsa da, həmin qoşunları çıxara bilməmişik. Neytral statusa malik ölkə NATO-ya üzvlük məsələsini qaldıra bilməz, bunu yalnız referendum yolu ilə etmək olar. Əgər hakimiyyətə NATO-ya qəbul olmaq niyyəti daşıyan siyasi qüvvələr gələrsə, onlar bu məsələsi referenduma çıxarmalı, əhali də öz münasibətini bildirməlidir. Ölkənin neytrallığına şübhə ilə yanaşanlar var, onlar deyirlər bu necə neytrallıqdır ki, ölkənin ərazisində icazə olmadan xarici qoşunlar yerləşdirilib. Söhbət Dnestryanı ərazidə yerləşən keçmiş 14-cü ordu, hazırda Rusiya qoşunlarının məhdud qrupundan gedir. Biz bu məsələni ATƏT-in 1999-cu ildə İstanbulda keçirilən sammitində qaldırmışdıq. Rusiya o zaman 2 il ərzində qoşunlarını çıxarmaq öhdəliyi götürmüşdü, amma biz buna nail ola bilmirik. Bunu onunla izah edirlər ki, Dnestryanı əhali ordunun çıxmasını istəmir. Yeri gəlmişkən, deyim ki, tanınmamış “Dnestryanı Respublika” bu yaxınlarda 20 illiyini möhtəşəm hərbi paradla qeyd edib. Həmin paradda tanklar da nümayiş etdirilib, halbuki Moldovada tank yoxdur. Sual olunur, bu tanklar haradandır, onları kim verib?
- Moldova ordusunda tank yoxdur?
- Ordumuz qurulanda haranısa işğal etmək niyyətimiz olmayıb. Bizim zirehli texnikamız var, amma ağır texnikamız yoxdur. Ola bilsin ki, yetərli maddi vəsaitin olmaması da rol oynayır. Bu, bir daha bizim neytral statusumuzu göstərir, çünki tank hücum xarakterli texnikadır, bizim hərbi doktrinamız isə aqressiv xarakter daşımır. Bizim ordumuz dövlət institutu kimi müdafiə funksiyası daşıyır, hücum yox.
- Dnestryanı ərazi Rumıniya Krallığının tərkib hissəsi olub?
- Xeyr, olmayıb. Hazırkı Dnestryanı ərazidə 1924-cü ildə Ukrayna SSR tərkibində Moldova Muxtar SSR yaradılmışdı. Bu ərazi 11 rayondan ibarət idi və hazırkı ərazidən 6 dəfə böyük idi. Oranın müxtəlif paytaxtları olub. Bu muxtar respublika süni olaraq yaradılmışdı ki, Bessarabiya məsələsinin həllində presedent olsun. 1940-cı ildə Moldova SSR yaradılanda Dnestryanı ərazinin az hissəsi ona qatılıb. Bu, Stalin dövrinə aid olan ərazi bölgüsüdür. Məqsəd gərginlik ocaqları yaratmaq, bu ölkələrə öz müstəqilliklərini bərpa etməyə imkan verməmək idi.
- Moldova ilə Rumıniya gələcəkdə birləşə bilərmi?
- Xeyr. Bəzən bu məsələni rusdilli əhalini qorxutmaq üçün qaldırırlar. Nə Rumıniyada, nə də Moldovada bu məsələ prioritet kimi dayanmır. Müasir Moldovanın mövcudluğu dövründə bu məsələ siyasi qüvvələr tərəfindən Moldovanın yerli əhalisi olmayan insanları öz tərəflərinə cəlb etmək məqsədilə qaldırılıb. Elə son referendum zamanı da bu məsələ Kommunist Partiyasının təbliğatının tərkib hissəsi olub. Sizin etnik qardaşlarınızın yaşadığı Qaqauziyada bu, xüsusən hiss olunurdu. Onlara deyirdilər ki, referenduma getsəniz, sabah Moldova Rumıniya ilə birləşəcək. Əslində isə bu iki proses arasında əlaqə yoxdur. Biz Avropa İttifaqına daxil olmaq istəyirik və bu mənada yalnız Rumıniya ilə yox, Avropa İttifaqına üzv olan 27 ölkə ilə birləşmə baş verəcək. Hamı bilir ki, Moldova Avropa İttifaqı ölkələrindən yalnız Rumıniya ilə həmsərhəddir, amma elə siyasi qüvvələr var ki, deyirlər biz Avropa İttifaqını istəyirik, amma Rumıniyaya qarşıyıq. Halbuki bizim Rumıniyadan başqa Avropaya açılan qapımız yoxdur və sağlam düşüncəli, praqmatik insan başa düşür ki, Avropaya yol Rumıniyadan keçir.
- GUAM-ın həlli uzanan münaqişələr təşəbbüsü çərçivəsində Dnestryanı məsələni BMT-də qaldırmaq niyyətiniz varmı?
- Biz bu məsələni BMT-də qaldırmamışıq və qaldırmayacağıq da. Bizim 5+2 adlanan xüsusi formatımız var. Oraya Avropa İttifaqı, ABŞ, ATƏT kimi oyunçular, qarant ölkələr kimi Dnestryanı ərazidə milli azlıqları olan Rusiya və Ukrayna, digər tərəfdən isə münaqişə tərəfləri Moldova və Dnestryanı ərazi daxildir.
Qeyd etmək istərdim ki, bu yaxınlarda BMT-də Gürcüstanla bağlı məsələ müzakirə olunarkən Moldova onu dəstəkləyib. Azərbaycana gəldikdə isə biz hər zaman, hər səviyyədə Azərbaycanın öz ərazi bütövlüyü problemini həll etmək səylərini dəstəkləyirik. Burada ikili mövqe ola bilməz. Moldova hər zaman Azərbaycanın ərazi bütövlüyünün qorunmasını, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli və işğal olunmuş ərazilərin Azərbaycanın tərkibinə qaytarılmasına yönəlmiş səyləri dəstəkləyib və dəstəkləyəcək. Azərbaycan da ənənəvi olaraq bizim münaqişə ilə bağlı Moldovaya dəstək verir.
- Moldova bir neçə dəfə GUAM-ın perspektivsiz qurum olması barədə bəyanatlar verib. Siz bu təşkilat barədə hansı fikirdəsiniz?
- Bu, bizim keçmiş rəhbərliyin məsuliyyətsiz bəyanatları idi. Bu bəyanatlar Moldovanın xeyrinə yox, GUAM-ı gözləri götürməyən üçüncü ölkələrin xeyrinə edilmişdi. Mən bu təşkilatı perspektivli hesab edirəm, onun potensialı var. Bu potensial hələ tam inkişaf etməyib, başlanğıc mərhələsindədir. GUAM-da enerji, nəqliyyat sahəsində əməkdaşlıq üçün böyük potensial var. Bizim ölkələrimiz Qafqaz, Avropa və Asiyanın nəqliyyat arteriyaları üzərində yerləşir. Humanitar sahədə əməkdaşlığın da potensialı var, gənclər, idman, turizm sahəsində proqramlar həyata keçirilir. ABŞ, Yaponiya, Polşa, Çexiya kimi ölkələr bu təşkilata maraq göstərirlər. GUAM heç kimə qarşı deyil. Enerji sahəsində əməkdaşlıq prioritet təşkil edir. Azərbaycan istisna olmaqla, digər ölkələr enerji baxımından başqalarından asılıdır. Azərbaycan onlar üçün enerji təminatçısı ola bilər. Gürcüstan kimi digər dövlətlər də Azərbaycan hesabına öz enerji problemlərini həll edə bilərlər.
- Moldovada baş verən siyasi böhran Azərbaycanla əlaqələrə təsir edibmi?
- Bu, daxili böhrandır, bizim münasibətlərimiz bundan ziyan çəkməməlidir. Əlaqələrimiz ənənəvi dostluq xarakteri daşıyır, bizim aramızda heç bir fikir ayrılığı yoxdur, siyasi liderlər səviyyəsində çox yaxşı əməkdaşlıq var. Moldovada baş verən siyasi hərcmərclik nəticəsində son vaxtlar qarşılıqlı səfərlər həyata keçirilməyib, amma beynəlxalq təşkilatlarda, XİN-lər səviyyəsində qarşılıqlı dəstək davam edir, xüsusən də BMT, ATƏT və GUAM-da. Aramızda heç bir siyasi problem yoxdur, amma Moldovadakı daxili vəziyyət əlaqələrimizin dinamikasına təsir edib. Biz ümid edirik ki, bunun qarşısı alınacaq, bu ilin noyabrında keçiriləcək parlament seçkilərindən sonra münasibətlərimiz normal ritmə, normal istiqamətə qayıdacaq və bütün sahələrdə olan əməkdaşlığımız müsbət istiqamətdə inkişaf edəcək.
- Ölkələrimiz arasında hansı sahədə əməkdaşlıq prioritet hesab olunur?
- Ölkələrimiz arasında istənilən sahədə əməkdaşlıq etmək üçün hüquqi baza mövcuddur. 2008-ci ildə enerji sahəsində əməkdaşlığa dair sənəd imzalanıb, təəssüf ki, hələ işləmir. Siyasi vəziyyət iqtisadi əlaqələrə və qəbul olunmuş sənədlərin həyata keçirilməsinə təsir edir. Amma Moldova Azərbaycanla əməkdaşlıq etməyə maraq göstərir. Yaxşı iqtisadi əlaqələr üçün stabillik çox vacibdir. Stabillik olmayan yerdə ticarət də yoxdur. Biz gözləyirik ki, ölkəmizdə siyasi stabillik yaransın və iqtisadi əməkdaşlığı, ticarəti, nəzərdə tutan enerji layihələrini həyata keçirək.
- Azərbaycanla Moldova arasında qarşılıqlı ticarət dövriyyəsi hansı səviyyədədir?
- Ticarət dövriyyəsində azalma müşahidə olunur, bu da dünyada baş verən iqtisadi böhranla bağlıdır. Ticarət göstəriciləri 2 dəfədən çox aşağı düşüb. Bu günə olan statistikanı bilmirəm, amma bilirəm ki öyünməyə səbəb yoxdur. Azərbaycan ənənəvi olaraq Moldovanın vacib ticari-iqtisadi tərəfdaşıdır, bizim ticarət əlaqələrimizdə hər zaman dinamika müşahidə olunurdu. Qarşılıqlı ticarət inkişaf etməlidir. Hazırda Bakı ticarət obyektlərinin piştaxtalarında Moldova məhsullarına nadir halda rast gəlmək olur. Amma bu məhsullar burada olub, yerli istehlakçı onu tanıyır və bəyənir.
- Bu günlərdə Azərbaycan, Gürcüstan və Rumıniya AGRI qaz nəqliyyat layihəsini imzalayıblar. Macarıstan da layihəyə maraq göstərir. Moldovanın bu layihəyə qoşulacağını gözləmək olarmı?
- Əlbəttə. Moldova xarici enerji faktorundan tam asılı olan ölkədir. Qaz və neftlə bağlı hər şeyi idxal edirik. Ona görə də bu məhsulların diversifikasiyası bizim hökumətin prioritetlərindən biridir. AGRI layihəsinə gəldikdə, Moldovanın Rumıniyanın qaz şəbəkəsi ilə qarşılıqlı mübadilə aparmaq imkanı var. Moldova bu layihədə maraqlıdır, onun implementasiyasını gözləyəcəyik. Müqavilə hələ indi imzalanıb, 2011-2012-ci illərdə həyata keçirilməsi gözlənilir.

800