Qüdrət Həsənquliyev: “Elçibəyin məzarının açılması üçün ailəsinin razılığı lazım deyil” – MÜSAHİBƏ
0
0
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi
“Aksiya təkcə siyasi olmur”
- Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsində razılaşdırılmamış aksiyalara görə, cərimə məbləğinin artırılmasına dair qanuna dəyişiklik edilməsi barədə layihəni necə dəyərləndirirsiniz? Bildiyimizə görə, bu qərarın qəbulunun əleyhinə səs vermisiniz.
- Bu, deputat Rafael Cəbrayılov tərəfindən təklif edilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsində çıxışım zamanı da bildirdim ki, Təhsil Nazirliyinin
qarşısında bir qrup ekstremistin dindar adı ilə keçirdiyi qanunsuz və zorakılıqla müşayiət olunan aksiyaya görə belə qanunun qəbuluna rəvac vermək olmaz. Yəni bir hadisəyə görə, qanunvericiliyin bu dərəcədə sərtləşdirilməsinin əleyhinəyəm. Sanksiyalar o zaman sərtləşdirilir ki, həmin tipli cinayətlərin və qanun pozuntularının sayı artır. Azərbaycanda isə bu tipli razılaşdırılmamış aksiyalar təsadüfi hallarda keçirilir.
Buna görə sanksiyaların sərtləşdirilməsinə ehtiyac yoxdur. İkincisi, razılaşdırılmamış aksiyaların keçirilməsinin səbəbi də araşdırılmalıdır. Onda bəlli olacaq ki, burada icra hakimiyyəti orqanlarının da günahı az deyil. Bəzən kimlərsə konstitusion hüququndan istifadə edib yürüş və ya piket keçirmək istəyir. Onların bu hüququndan istifadə etmələrinə şərait yaradılması əvəzinə, onlara deyilir ki, yürüş, piket əvəzinə gedin biz deyən yerdə mitinq keçirin. İcra orqanı vətəndaşa hansı formada öz hüququndan istifadə etməyi diqtə edə bilməz. Əlli nəfərlə piket keçirmək istəyən şəxslərə necə mitinq keçirmək tövsiyə oluna bilər? Qanuna bu cur sayğısız münasibət bəzən razılaşdırılmamıs aksiyalara səbəb olur. İndiki qanunla da icazəsiz aksiya keçirən şəxslərin kifayət qədər sərt cəzalandırılması nəzərdə tutulur. “İnzibati hüquqpozmalar haqqında” Məcəllədə belə əməllərə görə 15 sutkaya qədər həbs cəzası var.
Azərbaycanla bağlı məsələnin Avropa Şurası Parlament Assambleyasında müzakirə olunacağı ərəfədə qanunun sərtləşdirilməsi Azərbaycana qarşı olan qüvvələrin əlinə əlavə bəhanə verə bilər. Mən hesab edirəm ki, Rusiyanın Azərbaycana qarşı təzyiqlərinin artırdığı bir vaxtda Avropa təşkilatları ilə əlavə gərginlik yaratmağa ehtiyac yoxdur.
- Seçkilər yaxınlaşdıqca aksiyaların artması qaçılmazdır axı...
- Əvvəla, dövlət orqanları sərbəst toplaşmaq azadlığından istifadəni tam təmin etməlidir. Sonuncu tədbirlər de onu göstərdi ki, siyasi böhran yaratmaq istəyən qüvvələr xalqdan dəstək ala bilmir. Onlar Azərbaycanda sabitliyi poza bilməzlər. Buna gücləri yoxdur. Ona görə də indiki halda bu müzakirələrə vaxt itirilməməlidir. Digər tərəfdən, niyə elə düşünürsünüz ki, bu aksiyaların əksəri siyasi formatlı olacaq? Məsələn, ölkədə vətəndaşlarımızın əmək hüquqlarını pozan şirkətlər mövcuddur. Belə vəziyyətdə vətəndaşların buna etiraz etməsi labüddürsə, bu insanların aksiyasını razılaşdırılmamış adlandırıb, cərimələnməsi nə dərəcədə doğrudur? Başqa sosial hüquqlarla bağlı aksiya keçirmək istəyənlərin haqlarını siyasi məsələlərə bağlamaq da düzgün deyil. Bəzən mətbuatda bu məsələnin ancaq siyasi tərəfləri müzakirə olunur. Bu, düzgün deyil. Digər tərəfdən qanunun bu şəkildə sərtləşdirilməsi insanları haqları uğrunda həyata keçirmək istədikləri aksiyalardan çəkindirə bilər. Həm də vətəndaş cəmiyyətinin qurulması prosesinə də mənfi təsir göstərə bilər.
- Ancaq həqiqətən ictimai asayişi pozan bir hərəkətin qarşılığında çox kiçik cərimənin tətbiq olunması da uğurlu deyil…
- Xeyr, məhkəmə şəxsin hərəkətini araşdırarkən buna uyğun qərar verir. Qanunsuz əməlinə görə, akasiya iştirakçılarından həbs olunanlar da olur. Elə götürək sonuncu – oktyabrın 20-də keçirilən aksiyada saxlanılanları. Aksiya iştirakçılarından bəziləri müxtəlif müddətlərə inzibati qaydada həbs olunublar. Məncə, 15 gün həbs olunmaq az cəza deyil.
“Elçibəyin ailəsinin razılığına ehtiyac yoxdu”
- Son vaxtlar eks-prezident Əbülfəz Elçibəyin məzarının açılması məsələsi gündəmə gətirilib. Sizcə, bunu etməyə zərurət varmı?
- Bu məsələni, yəni Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı iddianı Milli Məclisdə keçmiş deputat Pənah Hüseyn qaldıranda bu barədə mövqeyimi bildirmişdim. Hesab edirəm ki, Elçibəyin ruhunu rahat buraxmaq lazımdır.
- Deməli, ilk dəfə bu məsələni Pənah Hüseyn qaldırıb?
- Bəli, parlamentin tribunasından bununla bağlı məsələnin araşdırılmasını ilk dəfə Pənah Hüseyn təklif edib. O zaman da mən buna etirazımı bildirmişəm. İndi də həmin mövqeyimdə qalıram. Pənah Hüseynin hansı məqsədlərlə bunu gündəmə gətirməsi haqda fikir bildirmək istəmirəm. Amma hər halda bunun o zaman yanlış olduğunu söyləmişdim, indi də bu fikirdəyəm ki, Elçibəyin ruhunu rahat buraxmaq lazımdır. Şəxsən mən Elçibəyin sağlığında onun zəhərlənməsi barədə heç kimdən heç nə eşitməmişəm, nə də dünyasını dəyişəndən sonra məlumatım olmayıb. Əgər belə bir məlumatım olsaydı, bu barədə dərhal hüquq-mühafizə orqanlarını və ictimaiyyəti məlumatlandırardım. Ona görə ki, burada ağır dövləti cinayətdən, terror aktından söhbət gedir. Çünki Elçibəy eks-prezident və partiya sədri idi. Bunun hüquqi tərəfinə gəlincə, məsələ araşdırılır. Əgər məhkəmə məzarın açılmasına dair qərar verəcəksə, bunun qarşısını almaq mümkün deyil.
- Amma Elçibəyin ailəsi buna etiraz edir...
- Qanunda belə qərarın qəbulu üçün ailə üzvlərinin razılığı tələb olunmur. Sadəcə, bu işdə zərərçəkmiş kimi tanınan şəxsin özü və vəkilinin iştirakı təmin oluna bilər.
- Sizi də istintaqa çağırıblar?
- Yox, dəvət olunmamışam. Çünki bununla bağlı mövqeyim bəllidir. Düzdür, o zaman Pənah Hüseyn parlamentdə çıxışında vurğunu iqtidarın üzərinə yönəltmək istəyirdi. Amma sonrakı proseslər göstərdi ki, hədəf iqtidar deyilmiş. Gələcək ittihamlara yol açmaq üçün ictimai fikir formalaşdırmaq məqsədi daşıyırmış. Ona görə də hüquq-mühafizə orqanları mənim mövqeyimi bilir. Yəni mənim onlara sizə dediyimdən əlavə deyə biləcəyim bir şey yoxdur.
“İstiqlalçı deputatların əsas simalarından biri Heydər Əliyevdir”
- 18 oktyabr - Dövlət Müstəqillik Günü ilə bağlı “istiqlalçı deputat”ların görüşü oldu. Orda Pənah Hüseynlə nəsə ciddi söhbət edən görüntüləriniz vardı. Nə danışırdınız?
- Mən o tədbirə Pənah Hüseyndən tez gəlmişdim. Yəni Pənah Hüseyn məndən sonra gəlib yanımda əyləşmişdi. Aramızda xoşagəlməz bir insident olmuşdu, təəssüf edirəm ki, Pənah Hüseyn bəzən haqlı tənqidlərlə bağlı bir çox halda açıqlama verərkən özünə nəzarəti itirir. Buna baxmayaraq, Pənah Hüseyn İctimai Palatanın siyasətini müəyyənləşdirən İsa Qəmbərin əsas məsləhətçilərindən biridir. O ki qaldı oradakı söhbətimizin mövzusuna, ölkədəki ictimai-siyasi vəziyyətə dair fikir mübadiləsi apardıq. O da islahatların tədricən və dinc qaydada aparılmasının vacibliyini anladığını bildirdi.
- Harada islahatlar aparılmalıdır, müxalifətdə?
- Ümumiyyətlə, ölkədə islahatlar aparılmalıdır. Yeri gəlmişkən, bu islahatlardan “istiqlalçı deputatlar” da nəsibini almalıdır. Düzdür, onların bir hissəsi sonradan dövləti və ağır cinayətlər törədiblər, bəziləri həbsxanalara da düşüb. Sonrakı fəaliyyətinə görə, qiymətini alanlar var.
Amma bütövlükdə o hadisə, o səsvermə və orda iştirak edən insanlar Azərbaycanın tarixindədirlər. Onlar böyük cəsarət nümayiş etdirərək, SSRİ-nin saxlanılmasının lehinə qərar qəbul olunması üçün keçirilən referendumun əleyhinə səs veriblər. Vaxtilə parlamentdə də bunu demişdim ki, bu insanlar “İstiqlal” ordeni ilə təltif olunmalıdır və onların adları Milli Məclisin binasında xüsusi qeyd olunmalıdır. Bu gün onların arasında siyasətdə olanlar və hətta partiya sədrləri də var. Mənim onların bir çoxu ilə fərqli fikirlərim, hadisələrə fərqli yanaşmam var. Amma bunun məsələyə dəxli yoxdu. Onlar Azərbaycanın şərəfli tarixinin bir hissəsidirlər.
Yeri gəlmişkən, bu məsələyə toxunmağımızdan istifadə edib, bir məsələni xatırlatmaq istəyirəm. O, 43 nəfər arasında müstəsna xidməti olan şəxslərdən biri də Heydər Əliyevdir. Çox təəssüf ki, bəzi YAP-çılar Heydər Əliyevin bioqrafiyasının bu qədər cəsarətli və qürur verici bir hissəsini xatırlatmaqdan çəkinirlər. Heydər Əliyevin o zaman referendumun əleyhinə çıxması, xalq hərəkatına dəstək verməsi yaddan çıxmamalıdır.
Çox təəssüf edirəm ki, bəzən Heydər Əliyevin Azərbaycanın tarixinin bu hissəsindəki rolu və yeri ilə bağlı məsələnin üzərindən sükutla keçirlər. Bunu hər halda digərlərinin də adını çəkməmək üçün edirlər. Eyni addımı o biri düşərgə də atır. Onlar da elə təqdim edirlər ki, “istiqlalçı deputat” deyəndə ancaq İsa Qəmbər, Sabir Rustəmxanlı, İsgəndər Həmidov, Etibar Məmmədov, Hacıbaba Əzimov və digərlərindən söhbət gedir. Çox təəssüf ki, YAP da bu məsələdə susqunluq nümayiş etdirir. Müxalifətdəki insanlar isə Heydər Əliyevin fəaliyyətini görməlidir. Bir dəfə tarixçi-alim Cəmil Həsənlidən soruşdum ki, tarixi prosesləri izləyən və araşdıran şəxs kimi deyə bilərsinizmi, Heydər Əliyev Azərbaycan tarixində necə qalacaq? Cəmil müəllim cavabında dedi ki, ola bilsin Heydər Əliyevdən sonra nə zamansa qısa bir anti-Heydər Əliyev dövrü olsun. Amma Heydər Əliyev Azərbaycanın tarixində müstəsna xidmətləri olmuş dövlət xadimi kimi qalacaq. Yəqin ki, İctimai Palatadakılar bu sözlərimdən sonra Cəmil Həsənlinin bu sözləri dediyi vaxtlarda yaxşı tarixçi olduğunu şübhə altına almayacaqlar.
“Rusiyaya bundan artıq jest edilməsi mümkün deyil”
- Bu yaxınlarda Rusiyada yaşayan bir qrup azərbaycanlı iş adamının təşəbbüsü ilə ittifaq yaradıldı və qısa müddətdə də müvəqqəti olaraq fəaliyyəti dayandırıldı. Bu qurumun yaradılmasını nə ilə xarakterizə edərdiniz?
- O qurumu yaradanların bəzilərini tanıyıram və aralarında böyük hörmət bəslədiklərim də var.
- Məsələn...
- Məsələn, Abbas Abbasova hörmətim var. Hazırda Abbas Abbasov da bildirir ki, Azərbaycan dövlətinə sadiqdir və qurumun yaradılması Rusiyada yaşayan azərbaycanlılara yardım etmək məqsədi daşıyır. Mən inanıram ki, Abbas Abbasov da bilir ki, Rusiya üçün hazırkı hakimiyyətin etdiyindən daha artıq güzəşt və münasibət göstərmək mümkün deyil. Məncə, bu hakimiyyət Rusiyaya mümkün olduğundan da artıq jest edib, bundan artığını etmək mümkün deyil. Azərbaycanın milli maraqları, mənafeyi çərçivəsində mümkün yaxınlaşma, tərəfdaşlıq var. Bu yaxınlarda Rusiya mətbuatına verdiyim müsahibəmdə də demişdim ki, xalqımız Azərbaycan torpaqlarının Rusiyanın dəstəyi ilə işğal olunduğunu bilir və unutmayıb. Bu işğalın 20 il davam etməsində yenə də Rusiya faktoru rol oynayır. Ona görə də Rusiya Azərbaycana təzyiq barədə düşünəndə buranın Tacikistan və ya Ermənistan olmadığını anlamalıdır. Bilməlidir ki, bu gün Azərbaycan xalqı işğal faktorunu aradan qaldırmaq üçün qisas hissi ilə yaşayır. Yəni bu baxımdan Rusiyanın Azərbaycanla yaxınlaşmasının yeganə vasitəsi Dağlıq Qarabağ münaqişəsində Rusiyanın ədalətli mövqe tutmasıdır. Bunu da Rusiya açıq şəkildə bəyan etməlidir. Burada özlərinə “dayaqlar” düzəlməyə cəhd etməkdənsə,
Azərbaycanın suverenliyinə hörmətlə yanaşmağı, hər iki ölkənin maraqlarına uyğun olan qərarların qəbulu istiqamətində ölkə rəhbərliyi ilə müzakirəni üstün tutmalıdırlar. Azərbaycana əks-təzyiq formaları haqda düşünmək heç bir effekt verməyəcək. İki dövlət arasında xoş olmayan münasibətləri bir az da sərinləşdirəcək, gərginliyi artıracaq. Rusiya bununla cənubi Qafqazda möhkəmlənməyəcək, əksinə öz mövqelərini bir az da itirəcək. Əminəm ki, Rusiyadakı imkanlı azərbaycanlılar da belə düşünürlər və onların keçdiyi yol, Azərbaycan reallıqlarını bilmələri imkan verməz ki, onlardan kimsə öz xalq və dövlətlərinə qarşı istifadə etsin.