"Xalqımızın sağlamlığı Sizin üçün hər şeydən əhəmiyyətlidir" - Prezidentə yazırlar
01 may 2020 13:25 (UTC +04:00)

"Xalqımızın sağlamlığı Sizin üçün hər şeydən əhəmiyyətlidir" - Prezidentə yazırlar

 

Azərbaycan vətəndaşlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Belə məktublardan birini də 90 yaşlı Ağagül Nəbiyev Yardımlıdan göndərib. Lent.az həmin məktubu təqdim edir:

- Hörmətli cənab Prezident.

Mənim 90 yaşım var. Həyatın hər üzünü görmüşəm. Ulu öndər Heydər Əliyevin dövründə uzun illər məsul vəzifələrdə çalışmışam. O illəri indi də xoş duyğularla xatırlayıram.

İndiki koronavirus zamanında xalqımızın sağlamlığı üçün Sizin rəhbərliyinizlə atılan bütün addımları dəstəkləyirəm. Bir daha əmin oldum ki, xalqımızın həyatı, sağlamlığı Sizin üçün hər şeydən əhəmiyyətlidir.

Mehriban xanım Əliyevanın bizim kəndin aztəminatlı ailələrinə göndərdiyi ərzaq yardımı təkcə maddi kömək deyil, həm də onun sübutudur ki, Siz və Mehriban xanım xalqımızın kədərinə də, sevincinə də hər zaman şəriksiniz. Ulu Tanrı birliyimizi, həmrəyliyimizi daha da möhkəm etsin.

Hörmətlə,

Nəbiyev Ağagül,

Azərbaycan Respublikası, Yardımlı rayonu, Ostayır kəndi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1689
avatar

Oxşar yazılar