“Öldürülən terrorçuların üzərindən Kanada, Livan pasportları çıxıb, bunlar muzdlulardır” - İlham Əliyev
14 oktyabr 2020 14:07 (UTC +04:00)

“Öldürülən terrorçuların üzərindən Kanada, Livan pasportları çıxıb, bunlar muzdlulardır” - İlham Əliyev

“Türkiyənin burada iştirakı, yaxud da ki, hansısa xarici güclərin buraya gətirilməsi, bu, tamamilə yalandır. Türkiyə F-16-ları ilə əlaqədar məsələyə mən artıq münasibət bildirdim. Türkiyə F-16-ları buradadır. Onlar təlim zamanı gəlmişdilər, təlimdən və erməni hücumlarından sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyil. Onlardan heç biri bu savaşda iştirak etməyib”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində deyib.

Azərbaycan Prezidenti bəyan edib ki, Türkiyədən heç bir insan bu savaşda iştirak etmir: “O ki qaldı əcnəbi insanlara, o da yalandır. O, bizə atılan iftiradır, böhtandır. Bizə bir dənə də sübut gətirilmədi. Sadəcə olaraq, Fransadan və Rusiyadan belə açıqlamalar verildi, vəssalam. Sübut, dəlil yoxdur. Heç bir açıqlama verilmir. Bizim kəşfiyyata heç bir məlumat verilmir. Mən sizə indi deyə bilərəm ki, kəşfiyyat orqanlarımız bizə böhtan atan ölkələrlə əlaqədə olublar, deyiblər ki, bizə dəlil, sübut verin. Vermirlər. Sözdür. İndi mətbuatda kim yazırsa yazsın, o bizi maraqlandırmır. Onsuz da Qərb mediası hər zaman Ermənistanın tərəfini tutub və bizə bundan əvvəlki dövrdə də hər zaman çox mənfi münasibət bəsləyib. Ona görə bu iftiralara biz öyrəşmişik. Ancaq rəsmi şəxslərin açıqlamaları qəbuledilməzdir. Ya bunu sübut et, ya da ki, öz sözlərini geri götür. Belə bir şey yoxdur. Buna ehtiyac yoxdur. Azərbaycan kifayət qədər güclü orduya malikdir ki, bu məsələləri özü həll etsin.

 

Bir də ki, əcnəbi vətəndaşların iştirakına gəldikdə, baxsınlar Ermənistana, orada nə qədər əcnəbi terrorçu var. PKK-nın düşərgələri var orada. O cümlədən Dağlıq Qarabağda PKK-nın düşərgələri var. Biz bu bölgəni işğalçılardan təmizləyəndən sonra o düşərgələri də məhv edəcəyik. Nə qədər əcnəbi bu gün bizə qarşı bu döyüşlərdə iştirak edir. Orada öldürülən terrorçuların üzərindən Kanada pasportları, Livan pasportları çıxıb. Onlar erməni əsillidir, ya da ki, erməni əsilli deyil, bu, başqa məsələdir. Başqa ölkənin vətəndaşı gəlib bizə qarşı müharibə aparır. Bunlar muzdlulardır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547
avatar

Oxşar yazılar