Azərbaycanda koronavirusla mübarizə tədbirləri çərçivəsində görülən işlərə görə, ölkənin hər eyrindən prezidentə təşəkkür məktubları gəlməkdə davam edir. Təqdim edəcəyimiz növbəti məktub Zərifə C əfərzadədən, Ağcabadə rayonundakı 11 saylı tam orta məktəbin şagirdləri adından gəlib. Məktubda, görülən işlərə görə, Aərbaycanın pandemiyadan az zərər çəkən dövlətlər sırasında olduğu bildirilir:
“Möhtərəm cənab Prezident.
Mən sizə Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta məktəbin şagirdləri adından yazıram.
Bu gün bütün dünyanı lərzəyə salan koronavirus pandemiyası biz şagirdlərin də normal yaşayışına öz təsirini göstərir. Hazırda dünyanın ən inkişaf etmiş dövlətləri bu virusun pəncəsində çabalayır. Amma çox sevindirici haldır ki, vətənimiz Azərbaycan bu pandemiyadan ən az zərər görən dövlətlər sırasındadır.
Cənab prezident, bu, məhz sizin gördüyünüz qabaqlayıcı tədbirlərin nəticəsidir. Siz öz işinizlə bir daha sübut etdiniz ki, hər bir Azərbaycan vətəndaşının prezidentisiniz. Biz hazırda dərslərimizi onlayn şəkildə davam etdiririk.
Cənab prezident, biz şagirdlər qürur hissi ilə deyirik, nə yaxşı ki, Azərbaycan vətəndaşıyıq, nə xoş ki, sizin kimi prezidentimiz var. Ağcabədi rayonunun şagirdləri olaraq vətənimizə layiqli övladlar olacağımıza söz veririk”.