"Ermənistanın məsuliyyəti barədə ətraflı sənəd hazırlamışıq” - Hikmət Hacıyev
19 oktyabr 2020 16:33 (UTC +04:00)

"Ermənistanın məsuliyyəti barədə ətraflı sənəd hazırlamışıq” - Hikmət Hacıyev

“Biz Azərbaycanın işğal altında olan əraziləri və Ermənistan tərəfinin məsuliyyəti barədə ətraflı sənəd hazırlamışıq”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, lakin bu sənəddə Ermənistanın hazırda həyata keçirdiyi hərbi cinayətlər yer almayıb.

“Biz bu sənədi vaxt keçdikcə yeniləyəcəyik. Təbii ki, bu sənədin hazırlanmasında tək Azərbaycan tərəfi yox, tanınmış beynəlxalq ekspertlər də iştirak edib. Ermənistan törətdiyi hərbi cinayətlərlə bağlı məsuliyyət daşımalıdır. Bu məsuliyyəti məhz Ermənistan rəhbərliyi, Ermənistan hakimiyyəti daşıyır. Bir daha qeyd etmək istərdim ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın ərazisi Azərbaycanın işğal altında olan ərazisidir və bu ərazidə həyata keçirilən bütün hərbi cinayətlərə görə fərdi və qrup şəklində Ermənistan rəhbərliyinin üzvləri və bu addımların arxasında dayanan bütün insanlar məsuliyyət daşımalıdır. Azərbaycanın şəhərlərinə qarşı həyata keçirilən raket hücumlarının arxasında duran insanlar, habelə bu cür hücumları dəstəkləyən insanlar da məsuliyyətə cəlb olunmalıdır”, - deyə Prezidentin köməkçisi qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856
avatar

Oxşar yazılar