“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”.
APA-nın yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
“Ermənistan terror təşkilatları ilə əməkdaşlığa son qoymalı, muzdlu əsgərləri və terrorçuları regiondan çıxarmalıdır”, - türkiyəli nazir vurğulayıb.
H. Akar qeyd edib ki, günahsız mülki əhalini açıq şəkildə hədəf seçən Ermənistan hakimiyyəti bəşəriyyət qarşısında cavab verəcək.