“Erməni əsgəri bizim torpağımızdan çıxarsa, münaqişəyə son qoyulacaq” - Prezident
12 oktyabr 2020 15:52 (UTC +04:00)

“Erməni əsgəri bizim torpağımızdan çıxarsa, münaqişəyə son qoyulacaq” - Prezident

“Bu, onların taktikasıdır. Çünki onlar öyrəşiblər ki, dünya mətbuatında onlara dəstək veriləcək”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı deyib ki, təəssüf ki, dünya erməniliyi, onların havadarları, islamafob dairələr dünyada kifayət qədər güclü mövqelərə malikdir: “Onlar hər zaman Ermənistanı və onların bizə qarşı təcavüzkar siyasətini dəstəkləyir, müdafiə edir, Azərbaycan haqqında olmazın yalanlar yayır, azərbaycanlıları təcavüzkar kimi göstərmək istəyirdilər. Ancaq bugünkü dünyada artıq internet dövründə bunu etmək onlar üçün artıq çox çətindir. Çünki artıq qeyri-ənənəvi mətbuat vasitələri, internet var və məlumatın çatdırılması o qədər də çətin məsələ deyil. Ona görə də onlar bu gün informasiya mübarizəsində də əvvəlki mövqelərə sahib deyillər. Biz isə haqq yolundayıq. Həm beynəlxalq hüquq, həm də tarixi ədalət baxımından biz haqlıyıq. Biz öz torpağımızdayıq, öz torpağımızda vuruşuruq. Erməni əsgəri bizim torpağımızdan çıxarsa, bu münaqişəyə son qoyulacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520
avatar

Oxşar yazılar