Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ermənilərin Gəncəyə raket zərbəsi endirməsinə münasibət bildirib.
Lent.az-ın məlumatına görə, o özünün "twitter" hesabında bildirib ki, Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir.
Dövlət rəsmisi həmçinin qeyd edib ki, baş verənlər Xocalı soyqırımından bəri şahidi olduğumuz Azərbaycan xalqına qarşı bir soyqırım aktıdır.